dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid və Qazi ailələrinə dəstək hər bir Azərbaycan vətəndaşının borcudur


Mingəçevir birliyi qrupu artıq bir ildir ki, Mingəçevir şəhərində fəaliyyət göstərir. Qrupun rəhbəri İsmayılov Şəhriyar Eldar oğlu bildirdiki, qrupu yaratmaqda məqsədləri Şəhid və Qazi ailələrinə maddi və mənəvi dəstək olmaqdır. Qrupa ən çox dəstəyi Rusiyada yaşayan Azərbaycanlılarımız edir. Bu da həmrəyliyimizin və birliyimizin bariz nümunəsidir ki, harda oluruqsa olaq bir olmağımız üçün heç bir maneə yoxdur.
Mingəçevir birliyi qrupu yarandığı gündən bu günə qədər, yəni bir ildə artıq 27000 AZN dəyərində Şəhid və Qazi ailələrinə maddi yardım göstərərək onlardan öz dəstəklərini əsirgəməyiblər. Var olsun Azərbaycanın xeyirxah, mərd, igid oğul- qızları. Hər bir Azərbaycan vətəndaşı bir ömür Şəhid və Qazilərimizə borcludur. Biz yaşadığımız ömrü onların sayəsində sakit, firəvan yaşayırıq.
Mingəçevir birliyi qrupunun bu addımı təqdirəlaiqdir. Başda Birliyin Rəhbəri İsmayılov Şəhriyar Eldar oğlu olmaqla, birliyin bütün üzvlərinə etdikləri bu xeyirxah əməllərinə görə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Allah bu şərəfli yolda Sizləri yormasın. Sizlərə işlərinizdə daima uğurlar və müvəffəqiyyətlər arzu edirik.
Nərmin Şabanqızı











Oxunub: 1 207
Oxşar xəbərlər
SON XƏBƏRLƏR