Möhtərəm Ali Baş Komandan !
Əbədi Prezidentim İlham Əliyev!
Bu gün milyonlarla Azərbaycan vətəndaşlarından biri olaraq Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.
Bizə – Azərbaycan xalqına illərlə hiss etmədiyimiz milli qürur hissini bəxş etdiniz.
Alnımızdan qara ləkəni sildiniz! Uzun illərdir əsarət altında qalan ruhlarımız azad olunan torpaqlar sayəsində əbədiyyətdə rahatlığla qovuşdu. Vətən həsrəti ilə yanan soydaşlarımızın qəlbində yaşayan istəyini və müqəddəs arzusunun həyata keçməsi üçün tarix yazdınız.
İllərin həsrətini vüsal ilə birləşdirən Zəfər carçısı oldunuz.
Mənim Azərbaycan xalqım yenilməyən, müzəffər xalqdır! 44 günlük şanlı bir tarix yaşayan xalq öz Liderinin ətrafında birləşib mübarizəyə qalxdı. Bu xalqımın Sizə olan məhəbbəti və güvəni idi.
Sizin tarixi xidmətiniz danılmazdır. 44 günlük Vətən müharibəsi zamanı azad olunan torpaqlarla dünya tarixinə imza atdınız. Misilsiz xidmətlərinizdən biri də məhz 44 günlük müharibəni Zəfər qələbəsi ilə başa vuraraq dünya siyasətçilərini təccünləndirməyiniz oldu. Dünya mediası şanlı Azərbaycandan yazdı.
Misilsiz xidmətiniz məhz budur Azərbaycan xalqının Zəfər sevinci yaşaması.
İllər ərzində bütün çətinliklərə sinə gərdiniz, bəzən əsassız və ədalətsiz fikirlərlə üzləşdiniz amma inamınızı və ümidinizi itirmədiniz.
Sizin yenilməz iradəniz, polad kimi möhkəm olan səbriniz sayəsində qazanılan sevgi xalqın "Əbədi Prezidentim " şuarını səsləndirdi.
Mən bilirəm ki, Siz həmişə jurnalistlərə inanmısınız və "Jurnalistlər bilməyərəkdən mənə köməklik edir" demisiniz.
Bizim düşmənə qarşı silahımız qələmimiz olaraq süngünü əvəz etdi. Biz də 44 gün silahımıza sarılaraq Azərbaycan xalqının yaşadığı hər bir hissi qələmə aldıq, sizin və şanlı Azərbaycan ordusunun əsgər bə zabitinin yenilməzliyini düşmənə göstərdik.
Ali Baş Komandanımızın torpaqlarımızın azad olunması xəbərini dünyaya çatdırmaq üçün gecə-gündüz çalışdıq.
Müharibənin ən ağır günlərində sosial media üzərində informasiyalarla düşmənlə mübarizə apardıq. Biz Sizə inandıq və güvəndik, Siz jurnalistlərə inandığınız kimi. Sizə bu inamınız üçün ən səmimi təşəkkürümü bildirirəm !
İcazənizlə, əlamətdar yubileyiniz münasibətilə Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə böyük uğurlar diləyirəm.
Tanrı Sizə güc və səbir versin! Uca Allah Sizi və Azərbaycan xalqını bu müqəddəs yolda qorusun!
Djb.az (Dünya Jurnalistlər Birliyi)
Almaz İlahə Əhmədova
Oxunub: 1 271