dini radikalizm və ekstremizmlə mübarizə

“Dəmir yumruq”şərəfinə keçirilən boks turnirinində Mingəçevirli məktəblilər qalib oldular.


Djb.az xəbər verir ki, “Dəmir yumruq”şərəfinə keçirilən boks turnirinində Mingəçevirli məktəblilər qalib oldular.
Ağdam rayonunda Şahbaz sağlamlıq idman klubu tərəfindən “Dəmir yumruq”şərəfinə boks və yoldaşlıq görüşü keçirilib.Bu görüşdə Mingəçevir, Ağdam, Samux, İmişli, Şəmkir,Ağcəbədi ,Gəncə, Tərtər və Ağstafa rayon məktəblilərinin boks komandaları iştirak edib. Yoldaşlıq görüşündə Mingəçevirli məktəblilər birinci yerə qalib olublar. Onlardan 4 saylı məktəbin şagirdi 32 kq çəki dərəcəsində birinci yerin qalibi Ayxan Rəhimzadə,şəhid Səbuhi Məmmədovun oğlu 19 saylı məktəbin şagirdi Ədilşah Məmmədov birinci yerin qalibi olduqları üçün diplomla təlitif olunublar.Qeyd edək ki,balaca idmançıların məşqçi müəllimi Fazil Ruşanovdur.Boksçuların uğur qazanmasında Fazil müəllimin böyük əməyi olmuşdur.

Esmira Hidayətova



Oxunub: 787
Oxşar xəbərlər
SON XƏBƏRLƏR