dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirin mərkəzi bazarında antisanitariya hökm sürür


Djb.az xəbər verir ki, bu barədə şəhər sakinləri saytımıza müraciət ediblər. Onların sözlərinə görə, bazarın qarşısından keçmək mümkün deyil,nəqliyyat vasitələri də bir tərəfdən sıxlıq yaradırlar.Sakinlər bildirir ki,bazarda bilinmir alan kimdir,satan kimdir.

Həmin ərazidə olduq. Bazara daxil olan kimi "ufunət iyindən baş çatlayır. Bundan başqa ərzaqlar, ət və ət məhsulları, balıq və s. hamısı yerə səpələnib. Adi bir piştaxta belə yoxdur”, - deyə sakinlər bildirib.Bazarda satıcılar üçün ustu örtülü piştaxtalar yaradılıb.Ancaq buradan alver edən olmadığına görə satıcılar bazarın qarşısında antisanitar vəziyyətdə alverlərini edirlər.

Sakinlər deyib ki, bazarda karantin rejiminin qaydalarına da riayət olunmur: "Sosial məsafə gözlənilmir. Tibbi maskadan istifadə edilməməsi halları da var. Dezinfeksiyadan ümumiyyətlə söhbət gedə bilməz. Amma bizi narahat edən əsas məsə antisanitariyadır. Camaat buradan ət, balıq və başqa qida məhsulları alır. Belə bir şəraitdə satılan ərzaq xəstəliyə səbəb ola bilər. Amma bunlara məhəl qoyan yoxdur”.
Onu da qeyd edək ki,bu antisanitar vəziyyəti yaradanlar bazarda məhsullarını satanların özləridir.Onlar axşam evlərinə gedərkən zir-zibilləri də ətraflarına atıb gedirlər.

Esmira Hidayətova


Oxunub: 708
Oxşar xəbərlər
SON XƏBƏRLƏR