dini radikalizm və ekstremizmlə mübarizə

“9 noyabr-Bayraq günü Mingəçevirdə də qeyd olundu.


Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-da Mingəçevir H.Əliyev meydanında Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olundu. İlk öncə məktəblilər əllərində tutduqları müqəddəslik rəmzi olan bayrağımızı tədbirin keçirildiyi meydana gətirdilər. Tədbirdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri onları alqışlarla qarşıladılar.
Dövlət Bayrağı Günü münasibətilə təşkil olunmuş tədbirdə şəhər musiqi məktəblərinin, incəsənət ustalarının, uşaq gənclər və inkişaf mərkəzinin şagirdləri öz məharətlərini nümayiş etdirdilər. Maraqlı kompozisiyalar göstərməklə Dövlət Bayrağına həsr olunmuş şeirlər, mahnı və rəqslər ifa olndu. Azərbaycan bayrağının ədəbi-bədii kompozisiyalarla tərənnümü iştirakçılarda xoş ovqat yaratdı.
Tədbir şən musiqi sədaları altında davam edib.


Esmira Hidayətova,Mingəçevir





Oxunub: 582
Oxşar xəbərlər
SON XƏBƏRLƏR