dini radikalizm və ekstremizmlə mübarizə

Qazimiz Əbülfət


DJB.AZ xəbər verir ki, 44 günlük Vətən müharibəsinin qələbə sevinci minlərlə canların gedişiylə qazanıldı, 3000 yaxın igid oğullarımız şəhidlik zirvəsinə ucaldı. Minlərlə igidimiz sağlamlığından oldu. Onlar vətəni düşmən əsarətindən qurtarmağ üçün irəlilədilər. Qorxmadılar əzmlə, ölümün gözünə dik baxdılar. Qorxmadılar qorxutdular. Azərbaycan əsgərinin gəlişi ermənistan tarixinə silinməz izlər qoydu. Vətən anadır, torpağımsa namysumdur deyən igidlərimiz erməni əsirliyində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Bu gün o qəhrəman oğullarımızdan birinin keçdiyi döyüş yolundan yazacam.
Onunla "Dəmir yumruq " adlanan tədbirdə görüşdüm. Şəhid anaları və qazilərin çoxluq təşkil etdiyi bu tədbirdə bir neçə qazi köməyə möhtac halda kiçik arabalarla idarə olunurdu. Hər dəfə onlara baxdığımda içimdən bir ah gələrək üsyan edirdi. Allahım artıq qələbəmizin 1 ili yaxın günlərdə qeyd olunur. Bu balalar isə hələ də köməyə möhtac vəziyyətdə yaşayırlar, hələ neçə il belə olacaq, sualı məni narahat edirdi.
Üzündə bir qəm, gözlərində dərin kədər gizlənən qazimizə yaxınlaşdım. Onu oxucularıma da tanıtmaq istərdim.
Qurbanov Əbulfət 2000 ci il 15 sentyabr Bakı şəhəri Qaraçuxur qəsəbəsində anadan olmuşdur. Qaraçuxur qəsəbəsində 104 sayli orta məktəbi bitirib. 2019-ci il 11 iyulda Gəncə şəhəri N sayli hərbi hissədə həqiqi hərbi xidmətə yollanıb. 2019- cu il 10 oktyabr döyüşlərə qatilıb, Füzuli, Cəbrayil, Qubadlı, Lacinln azadlığı ugrunda gedən döyüşlərdə iştirak etmişdir. Noyabrin 2-də Lacin uğrunda gedən döyüşlərdə hər 2 ayaqından minamyot partlayışı nəticısində ağır yaralanmış, sol ayağının bud canağının dağılması, oturaq sinirinin dağılması və sağ ayağı dizdən açağı sinmışdır. Əbülfət aqır vəziyyətdə Aqcabədi rayon xəstəxanasına gətirilmiş vəziyyəti çox ağır olduguna görə o təcili Baki Hərbi Hospitalına göndərilir və cərrahi əməliyyat keçirir. Təkrar əməliyyatı üçün Yaşat fondu tərəfindən qardaş Türkiyə Respublikasına göndərilir. Hal - hazirda qəhrəmanımız sağlamlığına qovuşmayıb 6 aydan sonra yenidən qarsaş Türkiyəyə əməliyyata göndəriləcəyini öyrəndik. Əsgər Əbülfət Qurbanov Prezident İlham Əliyevin sərəncamına əsasən "Hərbi xidmətlərə görə fərqlənmə", Qubadli, Cəbrayıl, Laçının azadlığı uğrunda medalları ilə təltif edilmişdir.
P.S. Bu gün qısa həyat yolu olan Qazimizin ağrılı acılı bir ilini yazdıq hələ neçə belə ağrılı ömür sürəcəyini Allah bilir. Yaşadığı sürəcə vandal erməni qəsbkarlarının sağlamlığına vurduğu zərbənin sızıltısı ilə tək özü deyil sevdikləridə inləyəcək. Artıq 1 ildir ki o, anası Cülnarənin qaygısı ilə yaşayır. Anası gəzə bilmədiyi iki ayağı olaraq onu uşaqlığında olduğu kimi körpəsi tək nazlayır. Hələ görün vətənimizdə nə qədər sağlamlığını itirən oğullar var. Bu igidləri böyüdən bu gündə yorulmadan ağrısını ağrısı bilən qəhrəman analar var. Bu o analardır ki Əbülfət kimi igid böya başa çatdıraraq vətən sevgisi aşılayıb.

Almaz İLAHƏ





Oxunub: 382
Oxşar xəbərlər
SON XƏBƏRLƏR