dini radikalizm və ekstremizmlə mübarizə

“Kontakt” “Zəfər Günü”nü Sumqayıtdan olan şəhid övladları ilə qeyd edib

“Kontakt” “Zəfər Günü”nü Sumqayıtdan olan şəhid övladları ilə qeyd edib

30-dan çox şəhid övladının qatıldığı tədbir Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayıb, daha sonra müxtəlif çıxışlar və musiqili proqramla davam edib.

“Şəhid övladları bizim əmanətimizdirlər. Onların yanında olmaq, qayğısına qalmaq hər birimizin vicdan borcudur. Allahdan bütün şəhadət məqamına ucalan qəhrəman nəfərlərimizə rəhmət diləyirik” deyə “Kontakt”ın rəsmisi bildirib.

Sonda balacalara “Kontakt” mağazalar şəbəkəsi və “Sumqayıt” Futbol Klubu adından xüsusi hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Kontakt” Korporativ Sosial Məsuliyyət siyasətinin ayrılmaz parçası olan “Qarabağ Proqramı” çərçivəsində mütəmadi olaraq vətənpərvərlik layihələri həyata keçirir. Proqram çərçivəsində həyata keçirilən layihələrlə buradan tanış ola bilərsiniz.




Oxunub: 385
Oxşar xəbərlər
SON XƏBƏRLƏR