dini radikalizm və ekstremizmlə mübarizə

Yardımlı rayonu Arus kəndidə şəhid Qarayev Amal Ədalət oğlunun il dönümü qeyd olundu.


Djb.az xəbər verir ki, Şəhid Qarayev Amal Ədalət oğlunun il dönümü ili əlaqədar , Yardımlı rayonu Arus kəndidə anım mərasimi keçirilmişdir. Mərasimdə rayon icra başçısı Ayaz Əsgərov, icra nümayəndələri, şəhid ailələri , ziyalılar iştirak etmişdir. Mərasim zamanı şəhidin məzarı ziyarət edilmiş, "Şəhidlər daim qəlbimizdədir" fikirləri söylənmişdir.
P.S. Şəhid Qarayev Amal Ədalət oğlu 23.01.2001-cu ildə Yardımlı rayonu Arus kəndidə anadan olmuşdur. İkinci Qarabağ müharibəsində iştirak edən Amal Qarayev 04.10.2020-ci ildə Fizuli döyüşlərində şəhid olmuşdur . Yardımlı rayonu Arus kəndində dəfn edilmişdir.
Ölümündən sonra "Vətən uğrunda" ,"İgidliyə görə" , "Cəbrayılın azad olunmasına görə" , Fizulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Şəhidimizin ailəsinə və yaxınlarına Allah səbr versin.

Yazını hazırladı: Zamiq Nəcəfli
Fotomüxbir: İqamət Sadıqlı






Oxunub: 755
Oxşar xəbərlər
SON XƏBƏRLƏR