Nicat, sən bu dünya, bu mühit, bu insanlar üçün çox yaxşı idin. Və hər insanın, hər kişinin, hər qadının bir səhvi, günahı və ya özəli şəxsisi ola bilər. Insanın ruh halını bilməyən kimsə, onu nədəsə ittiham edə bilməz. Hələ bu şəxsi məsələysə heç bilməz. Təəssüfüm ona ki, haqqında bir-iki ay əvvəl qələt qarışdıranlar, tirajlayanlar, indi də başsağlığı tirajlayır. Mənsə o olaylara dözməyəcəyini düşünürdüm niyəsə. Dözmədim və bu fakta görə kimlərsə insanların özəlinə, şəxsisinə soxulanda, ondan xəbər düzəldəndə, "vuranda", jurnalistləri buna alət edəndə, Azərbaycanda jurnalist olduğu üçün ölüb yerə girir adam. Allah sənin o dünyanı gözəl eləsin qardaşım. Bilirdim ki, başına gətirilən eybəcərlik sən çəkən yük deyil. Və əminəm bu faciən, cavan yaşda dünyadan köç etmən, çaqqal xislətlilərə dərs olmayacaq...
P.S. Insanların intim videoları, siyasət və mübarizə predmeti deyil, olmamalı, bu əxlaqsızlıqdır. Bundan edən jurnalist də, siyasət adamı da əxlaqsızın ən öndə gedənidir.
Jalə Mütəllimova
Oxunub: 425