dini radikalizm və ekstremizmlə mübarizə

QANLI PAYIZ!...


QANLI PAYIZ!...

27.09.2020 ci il, artıq bir ildir ki, bu ağrı-acı ilə yaşayırıq. Qələbəni bizlər asan qazanmadıq. Yüzlərlə ananın gözüyaşlı qalmasına, minlərlə övladın atasız böyüməsinə, minlərlə qız, gəlinimin sevdiyinə həsrət qalması bahasına əldə olunan qələbəni qoruyub saxlamalıyıq.
Bu gün Mingəçevir Şəhidlər xiyabanını ziyarət etdim. Hər dəfə xiyabanı ziyarət edərkən, özümü qanadsız bir quş kimi hiss edirəm. Çünki burda canımdan bir can Şəhid Atam əbədi uyuyur.
1988- ci ildən etibarən davam edən Vətən müharibəsi bu günə qədər mənim kimi neçə övladın ata həsrəti ilə böyüməsinə səbəb oldu. Nəhayət bu gün biz Şəhidlərimizi ziyarət edərkən Şəhidlər xiyabanında qürurla, qətiyyətlə, fəxrlə, məğrurcasına addımlayırıq. Biz axı Zəfər çaldıq, Qalib ölkənin Qəhrəmanlarını ziyarət edirik.
Şəhidləri ziyarət edərkən çox sayda kütlə ilə qarşılaşdım, ancaq ən çox diqqətimi ibtidai sinif şagirdləri çəkdi.
Mingəçevir şəhər 6 saylı tam orta məktəbin 2 a sinfinin rəhbəri Məhərrəmova Tünzalə müəllimə ilə həmsöhbət olduq. Tünzalə müəllimə uşaqları bütün Şəhid məzarlarını tək-tək ziyarət etdirib, Şəhidlər haqqında uşaqlara məlumat verirdi. Gördüyüm mənzərə çox qürurverici idi.Var olsun belə müəllimələrimiz. Gələcəyimiz olan fidan övladlarımızı Vətənpərvər ruhda tərbiyə etmək də vətənin keşiyində durmaqdır. Müəlliməyə bu cür şagirdlər yetişdirdiyi üçün təşəkkür və minnətdarlığımı bildirdim. Şagirdlərin arasında diqqətimi çəkən 2 a sinif şagirdi Azayev Nuran Nazim oğluna yaxınlaşdım . Mənə çox maraqlı idi 2 ci sinif şagirdi üçün Şəhid anlamı nədir. Uşaqda olan Vətən sevgisi, döyüş arzusunda olma ezmi meni çox qürürlandırdı. Nuran qeyd etdiki Şəhidlərimizi ziyarət etmək hər birimizin borcudur. Mən də böyüyəndə əsgər olacam. Vətənimə xidmət edib Şəhidlərimin qisasını alacam. Mən Şəhid qızı olaraq Nuranla qürur duydum. Var olsun Nuranı vətənpərvər ruhda tərbiyə edən valideynləri.
Azərbaycana məhz bu cür oğullar yetişdirmək gərək. İnanıram ki Nuran kimi balalarımız çoxdur.
Torpaq, uğrunda ölən varsa Vətəndir. Allah Şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun.
Şəhidləri unutmayaq, unutdurmayaq!



Nərmin Şabanqızı
Baş redaktor

Oxunub: 899
Oxşar xəbərlər
SON XƏBƏRLƏR