dini radikalizm və ekstremizmlə mübarizə

Əlizadə Əhmədlinin Poeziyasından pıçıltılar


MƏNİ S E V D İ Y İ N İ HEÇ KİMƏ DEMƏ .

A ceyran yerişlim , a qara gözlüm ,
Baxma yollarıma kədərli , üzgün .
Saxla ürəyində bu eşqi gizlin ,
Vüsala tələsib yersiz qəm yemə ,
Məni s e v d i y i n i heç kimə demə .

Sevən ürəyinə bu dünya dardır ,
Hər qışın axırı yenə bahardır .
Sənin ki həyatda yolun hamardır ,
Gəlmə bu yoxuşda qalan ömrümə ,
Məni s e v d i y i n i heç kimə demə .

Ömür qatarından üzülsə əlim ,
Özgə nə söyləyim sənə mən , gülüm ?
Sənə də yaşamaq , əlbəttə ,
zülüm ,
Dözərsən bir təhər kədərə- qəmə ,
Məni s e v d i y i n i heç kimə demə .

Heyif, bir gözəlin kədəri oldum ,
Demə , bu sevgidə ötəri oldum .
Həyatdır , bəlkə tez gedəri oldum ,
Vüsala yetməsən , acı qəm yemə ,
Məni s e v d i y i n i heç kimə demə .

Sən ki ürəyimdə qəm qalasısan ,
Mənsiz qala bilsən sən qalasısan .
Bəlkə də arxamca ağlayasısan ,
Nakam sevgimizin xətrinə dəymə ,
Məni s e v d i y i n i heç kimə demə .


BİR SEVGİ AĞLAYAR İÇİMDƏ NƏSƏ ...

Yenə sevgi fəsli, yenə yaz olar,
Ömürdən il keşər, qəlb ayaz olar.
Sənə qovuşmaqçün ümid azalar,
Dönər bayatıya, qüssəyə, səsə ,
BİR SEVGİ AĞLAYAR İÇİMDƏ NƏSƏ ...

Ağlayar həm içim , çölüm ağlayar ,
Çəmənim, çiçəyim, gülüm ağlayar ,
Ağlayar özü də , zülüm ağlayar ,
Kiriməz, ovunmaz, baxmaz heç sözə,
BİR SEVGİ AĞLAYAR İÇİMDƏ NƏSƏ ...

O nakam sevdanın dəlisi oldum,
Bitməyən sevginin hərisi oldum ,
Məcnunun, Kərəmin birisi oldum ,
Əlac tapan olmaz vurulan kəsə ,
BİR SEVGİ AĞLAYAR İÇİMDƏ NƏSƏ ...

Sevda dəyanətə, dözümə baxmır,
Üzünə.güldüyüm, üzümə baxmır ,
Daha ürəyim də sözümə baxmır ,
Çətin ki, aldana ovuna, susa ,
BİR SEVGİ AĞLAYAR İÇİMDƏ NƏSƏ ...

Mələklər fikrimi çəkər göylərə ,
Ahımı buludlar əkər göylərə.
Sevgim də , özüm də nökır göylərə
Hey uçmaq istəyər, sığmaz qəfəsə,
BİR SEVGİ AĞLAYAR İÇİMDƏ NƏSƏ ...


TƏKCƏ O GECƏYDİ YADIMDA QALAN . . .

O gecə Şirvana (Şamaxıya) qar ələyirdi ,
Ağaclar qar altda səndələyirdi .
Maşınlar yolları rəndələyirdi ,
Ağ don geyinmişdi hər tərəf, hər yan ,
Təkcə o gecəydi yadımda qalan ...

O gecə əlimdə bir qız əlləri ,
Mənə ruh verirdi o gözəl pəri .
Gəzib dolanırdıq bütün şəhəri ,
O gecə söküldü gözlərimdə dan -
Təkcə o gecəydi yadımda qalan .

Əridi qar kimi getdi sevgimiz ,
Şirin yuxu kimi bitdi sevgimiz ,
Səmum yeliydimi ötdü sevgimiz ?!
Xəyaldı , röyaydı yoxsa bir yalan ?
Təkcə o gecəydi yadımda qalan ...

İndi o illərdən düz qırx il keçir ,
Ayrılıq qəddimə ayrı don biçir .
Xatırla sən məni qəlbinə köçür ,
Çıx görüş yerinə seyr et , gəz , dolan ,
Təkcə o gecəydi yadımda qalan ...

Əlizadəni üzər bu kədər , bu qəm ,
Qisməti əzəldən yazılıbsa kəm .
Olub keçənləri xatırlar hər dəm
Qəlbində qəm- kədər , gözlərində qan ,
Təkcə o gecəydi yadımda qalan ...


V Ə T Ə N İ N

Nəğməsi dilimdə elə həzindir ,
Döyünən ürəyim , coşan səsimdir .
Bu quru nəfəsim elə bəsimdir ,
İlhamım , inamım , huşum v ə t ə n i n .

Yurduma göz dikən qarğa , quzğunlar ,
Keşiş inamından keçən azğınlar .
Əqli şikəst olan beyni pozğunlar
Azıxdan öyrənsin yaşın v ə t ə n i n .

Müsəlləh əsgərəm qoy bilsin yağı ,
Əsir Qarabağım- quru göz dağı .
Mənim sözdən başqa nəyim var axı ?!
Düşmənə atılan daşım - v ə t ə n i n .

Yağıya deyilən sözüm dəyənək ,
Yağı tapdağında izim döyənək .
Vətəni sevməyən gözün döyəcək ,
Qoy getsin yolunda başım v ə t ə n i n .


ŞEİR YAZMAQ İSTƏYİRƏM

Qəm üstümə çəkər hücum ,
Düyünlənər ağrım- acım .
Var əbədi ehtiyacım -
Şeir yazmaq i s t ə y i r ə m .

Ömrə erkən qış gələndə ,
Ölüm mərdə tuş gələndə,
Yaş üstünə yaş gələndə
Şeir yazmaq i s t ə y i r ə m .

Tər güllərə şeh düşəndə,
Səhər quşlar ötüşəndə ,
Bənövşələr öpüşəndə
Şeir yazmaq i s t ə y i r ə m .

Dünya köhnə , eşq təzədir ,
Gah dağıtdı , gah bəzədi .
Sevgi də bir möcüzədir ,
Şeir yazmaq i s t ə y i r ə m .

Bir bəhrəli bağam hələ ,
Bir görünən dağam hələ ,
Nə qədər ki sağam hələ
Şeir yazmaq i s t ə y i r ə m .


NİYƏ GEC GÖRÜŞDÜK NİYƏ
S Ə N İ N L Ə .

Fərhadtək Bisutin çapası idim,
Mən Məcnun eşqiydim, havası idim.
Onsuz da mən səni tapası idim,
Niyə gec görüşdük, niyə səninlə.?

Görüşdük kiprikdə, gözdə yaş kimi,
Zirvələrdə uçan qaraquş kimi.
Bahara gecikmiş qaranquş kimi
Niyə gec görüşdük, niyə səninlə ?

Dənizlər adlayıb dağlar keçərdim,
Yolun ən ağırın tapıb seçərdim,
Vüsal şərbətini sənlə içırdim ,
Niyə gec görüşdük, niyə səninlə?

İlahi mələksən mənim gözümdə,
Ətirli çiçəksən bu yer üzündə.
Bəxti gətirmədi ikimizin də--
Niyə gec görüşdük, niyə səninlə?

Allahın qəzavü--qədəri budur,
Bəlkə "Leyli--Məcnun" əsəri budur?
ƏLİZADƏNİN ən böyük kədəri budur--
Niyə gec görüşdük, niyə səninlə?


HƏLƏ SON Ş E İ R İ M İ
YAZMAMIŞAM M Ə N

Ş e i r bir ötəri həvəsmi, səsmi ,
İlk udum havamı , bir son nəfəsmi ,
Mənim şeirlərim , yaxşımı , pismi ?
Doğrusu arayıb çözməmişəm mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN !

Bu yerlər doğmadır iziylə mənə ,
Həyatdır dağıyla , düzüylə mənə .
O qız yox desə də gözüylə mənə ,
İnciyib , əl çəkib qızmamışam mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN !

Şeirim dan ulduzum , söz ülkərimdir ,
Sevincim , kədərim , dərdi sərimdir .
Necə alınacaq , Allah Kərimdir ,
Nə şöhrət , nə sərvət gəzməmişəm mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN !

Gəncliyim əlvida deyəndə yaza ,
Bildim ki , gedirəm üzü payıza .
Çoxdan söz verdiyim o gözəl qıza
Əhdi- peymanımı pozmamışam mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN !

Sulara açmışam ürək sözümü ,
Dağlar öyrədibdir mənə dözümü ,
Aqillər yanında çəkib özümü ,
Yolumdan , izimdən azmamışam mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN !

Ən gözəl şeirim bir qu nəğməsi ,
Bir aslan nərəsi , dağ şəlaləsi .
Bəlkə yüz illərə çatacaq səsi -
Elə bu inamla gözləmişəm mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN !

Kim ki unutmayır gözəl Allahı ,
Alimdən alimdir , dahidən dahi .
Şükür kərəminə , böyük İlahi ,
Əli ətəyindən üzməmişəm mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMA M !
HƏLƏ SON Ş E İ R İ M İ
YAZMAMIŞAM M Ə N

Ş e i r bir ötəri həvəsmi, səsmi ,
İlk udum havamı , bir son nəfəsmi ,
Mənim şeirlərim , yaxşımı , pismi ?
Doğrusu arayıb çözməmişəm mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN !

Bu yerlər doğmadır iziylə mənə ,
Həyatdır dağıyla , düzüylə mənə .
O qız yox desə də gözüylə mənə ,
İncib , əl çəkib qızmamışam mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN !

Şeirim dan ulduzum , söz ülkərimdir ,
Sevincim , kədərim , dərdi sərimdir .
Necə alınacaq , Allah Kərimdir ,
Nə şöhrət , nə sərvət gəzməmişəm mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN !

Gəncliyim əlvida deyəndə yaza ,
Bildim ki , gedirəm üzü payıza .
Çoxdan söz verdiyim o gözəl qıza
Əhdi- peymanımı pozmamışam mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN !

Sulara açmışam ürək sözümü ,
Dağlar öyrədibdir mənə dözümü ,
Aqillər yanında çəkib özümü ,
Yolumdan , izimdən azmamışam mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN !

Ən gözəl şeirim bir qu nəğməsi ,
Bir aslan nərəsi , dağ şəlaləsi .
Bəlkə yüz illərə çatacaq səsi -
Elə bu inamla gözləmişəm mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN !

Kim ki unutmayır gözəl Allahı ,
Alimdən alimdir , dahidən dahi .
Şükür kərəminə , böyük İlahi ,
Əli ətəyindən üzməmişəm mən ,
HƏLƏ SON ŞEİRİMİ YAZMAMIŞAM MƏN

Oxunub: 520
Oxşar xəbərlər
SON XƏBƏRLƏR