dini radikalizm və ekstremizmlə mübarizə

Əlillik təqaüdü kəsilən Biləsuvar sakini Azad Astanov aylardır ki, məktub yazmadığı, qapısını döymədiyi dövlət qurumu qalmayıb. Djb Az sözü gedən vətəndaşın problemi ilə bağlı müraciətini işıqlandırıb.


Biləsuvar sakini Azad Astanova (1991) 2017-ci ildə 2 qrup əlilliklə əmək pensiyası təyin olunub
2020-ci ilin fevralında heç bir xəbərdarlıq olmadan inzibati akt tərtib olunmadan pensiya dayandırılmış və Azad Astanova bununla bağlı (08.02.2021) tarixdə Nazir müavini Hidayət Kaviz oğlu Abdullayevin qəbulunda olmuşdur. Qəbul zamanı Nazir müavini işçilərinə inzibati AKT tərtib olmadan pensiyanın dayandırılması halı düzgün olmadığını bildirmiş və vətəndaşa narahat olma mən həkim deyiləm göndərim get həkim komissiyasından keç komissiya təsdiq etdikdən sonra bərpa olunacağını bildirmişdir. Azad Astanov TSKD-ə əyani baxışa çağrılıb və komissiya tərəfindən 4 dəfə göndəriş verilərək tələb olunan, ixtisaslaşmış xəstəxanalarda müayinələrdən sonra, onun həqiqətən göstərilən xəstəliklər əsasıda həqiqi əlilliyi barədə 08 iyul 2021-ci il tarixdə qərar çıxarılıb.

Bəs problem nədir?. üzrərindən 2 ay otməsinə baxmayaraq hələdə vətəndaşin əlilliyi barədə olan komissiyanın qərarını alt sistemə daxil etmirlər.

A.Astanov bu günlərdə TSEK-də təkrarən olub. Deyilib ki, bu iş ƏSMM-i çərçivəsində həllini tapa bilər. O, adı çəkilən qurumda qəbulda olanda isə, bu fikirin düzgün olmadığı söyləndi - deyir.

Azad Astanov hüququnun bərpası ilə məhkəməyə müraciət etdiyini də deyir: 07 sentyabır 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin 3-cü iclasına çağırıldım. Mən uzaq yol qət edib rayondan getmişdim, qarşı tərəfdən yenə gələn olmadı. Heç məhkəmənin vətəndaşın komissiyadan keçdiyinin nəticəsi barədə prosidor qaydalar əsasında 01.07.2021-ci il tarixdə göndərdiyi sorğuya üzərindən 3 ay keçməsinə baxmayaraq hələ də cavab verilmir ki, işə baxa bilsin..."










Oxunub: 527
Oxşar xəbərlər
SON XƏBƏRLƏR