dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid anasından Prezidentə müraciət


Cənab Prezident!
“Oğlum Hacı Rauf, ölkəsinə, millətinə və dininə bağlı övlad idi. 2-ci Qarabağ uğrunda Müharibə başlayanda,ailəli,3 övlad atası olmasına baxmayaraq, könüllü olaraq döyüşlərə qoşulmuş, 28.10.2021- ci il tarixdə Şəhidlik zirvəsinə ucalmışdır. Müharibəyə gedən zaman, evdən ayrıldıqda etdiyi vəsiyyət o olmuşdur ki,“ Şəhid olarsam əgər, Daşkəsən rayonu Xoşbulaq kəndində adıma kiçik Məscid inşa etdirin ki, insanlar ibadət etdikdə məni rəhmətlə ansınlar”.
Qeyd edim ki, Daşkəsən rayonu Xoşbulaq kəndində Məscid olmadığına görə, oğlum Şəhid Hacı Rauf hələ gənclik illərindən yeganə arzusu o idi ki, Xoşbulaq kəndində nə vaxtsa bir Məscidi öz vəsaiti ilə tikdirəcək,lakin bu arzusunu reallaşdıra bilmədi.
Cənab Prezident, Azərbaycan Respublikasında Məscidlərin inşa edilməsinin dövlət marağında olduğuna görə, dövlət başçımız olaraq sizdən bir Şəhid anası kimi xahiş edirəm ki, oğlum Hacı Raufun vəsiyyətini yerinə yetirməkdə mənə kömək edəsiniz. Daşkəsən rayon Xoşbulaq kəndində kiçik bir məscid yeri ayrılması üçün Daşkəsən rayon İcra Hakimiyyətinə göstəriş verməyinizi Sizdən xahiş edirəm. Əlavə olaraq bildirmək istəyirəm ki, Şəhid Hacı Raufun yaxın dostları məscidin inşa edilib-tamamlanmasını öz öhdələrinə götürürlər.
Cənab Prezident bir Şəhid anası həmçinin yaşlı bir qadın olmağımı nəzərə almağınızı xahiş edirəm.Bu dünyadakı son istəyim övladımın vəsiyyətini yerinə yetirməkdir. Bu istəyimizi yerinə yetirməklə həm mənim və Şəhid oğlumun son arzusunu yerinə yetirmiş olarsınız”.

Əlavə olaraq bildirmək istəyirəm ki Daşkəsən Rayonu İcra Hakimiyyəti Məscidin inşa edilməsi üçün müəyyən olunmuş əraziyə icazə verilməyini təmin etsə,mən Rövşən Tağıyev Məscidin tikintisinə tam dəsdək olmağa hazıram!



Hormətlə


Şəhid anası Brilliant Əsgərova

Oxunub: 500
Oxşar xəbərlər
SON XƏBƏRLƏR