dini radikalizm və ekstremizmlə mübarizə

Əlaqədar təşkilatlar bu məsələyə ciddi yanaşsınlar.


Əzəli və əbədi Azərbaycan torpağı - ölkəmizin mədəniyyət paytaxtı doğma Şuşaya ayaq basmaq qürur və iftixar mənbəyidir.
Bu gün artıq Şuşaya səfər davam edir. Bir qrup jurnalistlər , QHT rəhbərləri və s..
Biz heç kimin gedişinə etiraz etmirik. Amma bu səfər ilk şəhid ailələri üçün təşkil olunmalı deyilmi???
İşgaldan azad olunan torpaqları qanı ilə sulayan oğulların anaları, ataları o torpaqlara ilk ayaq basmağa layiq olanlardır.
Mən sizlərlə bir xatirəmi bölüşümək istəyirəm.
2016 ci ildə aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan oğullarımızın azad etdiyi torpaqlara 2018 ci ildə MN icazəsi ilə bir qrup şəhid anası ilə səfər etdik. Təhlükəli olmasına baxmayaraq igid məxrur hərbiçilərimiz o torpaqlarda anaları müşaət etdi. Analar göz yaşı tokmədən ah-nalə etmədən, əsl qəhrəman anaları olarq əyilib övladları canını qurban vermiş torpaqları öpdülər. Hər bir ana ordan torpaq gətirdi.
O qürurlu səhnə bir ömür xatirəmdən silinmədi. İşgaldan azad olunan torpaqlara baxdıqsa sadəcə analar köks ötürür bir-birinə təskinlik verirdi.
Tez bir zamanda Şuşa səfərlərinin Şəhid Analar üçün təşkil ediləcəyinə inanıram.

Almaz İlahə
Təsisçi

Oxunub: 362
Oxşar xəbərlər
SON XƏBƏRLƏR