dini radikalizm və ekstremizmlə mübarizə

YAP Suraxanı təşkilatının nümayəndələri şəhid övladının ad gününü təbrik etdilər


Djb.az xəbər verir.
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalarlı ilə təltif olunmuş baş leytenant Həmidov Mixail Hamlet oğlunun ailəsini ziyarət etmişlər. Təşkilatın aparat rəhbəri vəzifəsinin səlahiyyətini icra edən Salman Əbdülov təşkilat adından şəhidin 12 yaşı tamam olan qızı Mədinəni doğum günü münasibətilə təbrik etmiş, ona hədiyyələr təqdim etmişdir.

Ailənin qayğıları ilə maraqlanan təşkilat nümayəndələri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişlər.

Şəhid Mixail Həmidovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.


Oxunub: 300
Oxşar xəbərlər
SON XƏBƏRLƏR