dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidimlə söhbət etdim


Darıxırsan...əlin çatmır, deyirsən uzaqdı mənə...yox səhvsən...o səninlədir, əvvəlkindən daha yaxın...gətir onun şəklini, qoy süfrənin başına həmişə olduğu kimi...Uğrunda canını fəda etdiyi bayraqla bərabər...qoxusu çökmüş əşyalarını də köksünə six...qoxla...onu hiss edəcəksən...o nəfəs qədər yaxinindadir...görmürsən düzdü...amma əsl sevgi görmədən sevmək, toxunmadan hiss etməkdir...və sən əsl sevgi yaşamısan onunla...8 illik də olsa 80 ilə dəyən sevgi...çay süz öz yarına...limonlu olsun...sevir limonlu çayı...bir stəkan da özünə süz...şəklinə baxa-baxa dərdləş onunla...gör necə rahat olacaqsan...gözlərini gözlərindən ayırma onun...ruhunu çökdürəcək o şəkilə ..görəcəksən, duyacaqsan...və bir dəqiqəlik də olsa 8illik sevgi dastanını bir kino lenti kimi göz önündən keçir...şəkilləri düz stolun üstünə..birgə baxın, sevgi dolu xoş xatirələrinizi göz önündə canlandir...və gülümsə...oda sənin gülümsəməni seyr edir...görürsən xoşbəxtsən...sən onunla xoşbəxtsən, bədbəxt demə özünə...o səni ucaltdı...və özü də ölməzliyə ucaldi...sadəcə sev onu, əzizlə, həmişə olduğu kimi...yeməyini vaxtında hazırla, paltarını ütülə, batinkasini təmizlə...elə düşünki, yenə işə gedəcək...gecikməsin deyə tezdən oyan yuxudan, ondan qabaq...Fariz, dur işə gecikirsen deyib, oğlunu qucaqla, bağrına bas...çünki onun qoxusu balaca Ruslandadir...və onunla yaşa...bu sənin sadiqliyindir...bu sənin şərəfindir,qeyrətindir!!!Acılara gülümsə... Farizlə yaşa!!!
Biraz özümə motivasiya verdim...Şəhidimin gücünü hiss edib yazdım bu sözləri...bir anlıq Əzizə yox Fariz idim və o yazırdı bu sözləri sanki...

Əzizə Həsənova

Oxunub: 528
Oxşar xəbərlər
SON XƏBƏRLƏR