dini radikalizm və ekstremizmlə mübarizə

Qadınlar Zəifdir...Amma Analar daha qüvvətlidir!


Qadınlar Zəifdir...Amma Analar daha qüvvətlidir!
Viktor Hüqo.



O qadın, bizim üçün çox dəyərlidir...Zamanın sınaqlarından keçdi...Bala dağı gördü...Amma sınmadı, əyilmədi...Və hər zaman möhkəm oldu o qadın.
Biz Sizinləyik, Siz bizim əmanətimizsiniz Azərbaycan Bayrağını çiyinlərində gəzdirən Şəhid Anası❗
Bu gün 2016 - cı ildə Aprel döyüşləri zamanı
Tərtər istiqamətində Azərbaycan - Ermənistan təmas xəttində baş verən döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalmış, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmiş Əbdülməcid Axundovun Anası, hər birimizin hörmət və ehtiram etdiyi, bacı qədər əziz olan dəyərlimiz Şəhid Anası Ceyran xanım Axundovanın şad günü, Doğum günüdür!
Sizi Zəfər Əzmli Doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, sağlam həyat, xoşbəxtlik, maraqlı və mənalı uzun ömür arzu edirəm..
Bir təsəlliniz Əbdülməcidin qisasını alacağı günü görməyiniz idi...Şükürlər olsun ki, hər birimizə o günü görmək 2020 - ci ildə nəsib oldu. Zəfər ilində 30 illik həsrətə son qoyulan, artıq işğal altında olmayan torpaqlarımızda Şanlı Azərbaycan Bayrağı dalğalanır...Torpaqlarımızın geri qaytarılmasının ZƏFƏR ili oldu.
Bacı çətindir, amma Şərəfli dönəmə təsadüf etmişdir bu gün. Bir üzünüz torpaqlarımızın geri qaytarılması və Qələbə əldə etdiyimizə görə gülür, digər üzün Əbdülməcidin yoxluğuna ağlayır.
Əziz bacım Ceyran xanım, hər Doğum günündə Allah yaşınız qədər arzunuzu həyata keçirsin. Bundan sonrakı günlərinizdə gülüş üzünüzdən əskik olmasın...Bir daha Zəfər Əzmli Doğum gününüz mübarək!

Dərin hörmətlə, İlham Əliyev.

Oxunub: 451
Oxşar xəbərlər
SON XƏBƏRLƏR