dini radikalizm və ekstremizmlə mübarizə

Sentyabr ayında bu obyektlərə yalnız peyvənd olunan şəxslər buraxıla bilər


Sentyabr ayından etibarən Gürcüstanda qida obyektlərinə, spa salonlarına, fitness mərkəzlərinə və buna bənzər obyektlərə yalnız peyvənd olunmuş şəxslər buraxıla bilər.

Djb.az xəbər verir ki, bu barədə Milli Nəzarət Mərkəzinin rəhbəri artıq Koordinasiya Şurasına tövsiyyə ilə müraciət edib.

Tövsiyyə zamanı, sözügedən obyektlərə 1 və ya hər 2 doza ilə peyvənd olunmuş şəxslərin, həmçinin son 72 saatda əldə edilmiş PCR və ya son 24 saatda əldə edilmiş sürətli antigen testinin mənfi cavabı əsasında buraxılması tələb olunub.

Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Giorgi Ğibradze, sözügedən tövsiyyəni Koordinasiya Şurasının müzakirə edəcəyini və yaxın zamanda müvafiq qərar verəcəyini bildirib.

Oxunub: 519
Oxşar xəbərlər
SON XƏBƏRLƏR