dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub

Lənkəranda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Djb.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxunub: 350
Oxşar xəbərlər
SON XƏBƏRLƏR