dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid Ruslan Rəcəbovun mövludu qeyd olundu


Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizdən biri, 36 yaşında şəhadətə qovuşan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı Rəcəbov Ruslan Rəcəb oğlunun doğum günüdür.

Şəhidimizin doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri, Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, din xadimləri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, eləcə də Şəhidin hərbiçi yoldaşları onun ailə üzvlərini ziyarət edərək, əziz xatirəsini II Fəxri Xiyabanda məzarı önündə yad etmişlər.

Suraxanı RİH başçısı Əziz Əzizov şəhidin ailəsinə bir daha baş sağlığı verərək, səbr diləmiş, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açmış, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdir. Həmçinin, Şəhidimizin özündən sonra xalqına, elinə əmanət qoyduğu iki övladının ataları kimi vətənpərvər ruhda böyüyəcəklərinə və onun həyata keçirə bilmədiyi arzularını gerçəkləşdirəcəklərinə əmin olduğunu qeyd etmişdir.

2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin ilk günlərindən Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək igidlik və fədakarlıq göstərən Ruslan Rəcəbov oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olmuş və II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

O, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı ilə, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.




Oxunub: 944
Oxşar xəbərlər
SON XƏBƏRLƏR