dini radikalizm və ekstremizmlə mübarizə

Aqil Acalov media nümayəndələrini təbrik etdi


Əziz media nümayəndələri, ilin hər günü siz bizlərdən yazır, bizlərə diqqət göstərirsiniz. Bu gün isə Sizin gününüzdür! Diqqət mərkəzində də Sizsiniz, bütün xoş sözlərə layiq də Sizlərsiniz!
"Əkinçi"dən başlayan mətbuat ənənəmizi layiqli şəkildə davam etdirən, sözü ilə, qələmi ilə Vətənimiz, millətimiz uğrunda çalışan hər bir media nümayəndəsini ürəkdən təbrik edirəm! Xüsusi təşəkkürlərimi isə Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası və Karapapak Fight Club & Promotionun yanında olan, uğurlarımızı işıqlandıran jurnalistlərimizə çatdırmaq istəyirəm. Hər zaman yanımızda olduğunuza görə,idmanımızın və əldə etdiyimiz uğurlarımızın təbliğində göstərdiyiniz çabalara görə minnətdaram!
Milli Mətbutımızın 146-cı ilində də qələminiz iti, sözünüz kəsərli olsun!


Hörmətlə




Aqil Acalov
Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası və
Karapapak Fight Club & Promotionun prezidenti

Oxunub: 413
Oxşar xəbərlər
SON XƏBƏRLƏR