Nələr istəyir insan?.
Metamfetamin.
Başqa adlarla Patı yaxud Şüşə.
hər cürə qiymətə var.
Xörək duzu, yaxud limon duzuna oxşayır. Atırlar falqanın üstünə, əridib çəkirlər. Baxır kim nə qədər çəkir günə.
İnsana "enerji" verir. Yemək yeməyə iştah olmur, ancaq siqaret və bizon (su) qəbul edir insan.
Çənə sıxılır, çox danışdırır, göz bəbəklərin qarası böyüyür. Ehtiras çoxalır, sevişmək istətirsən, və həzz sonlana yaxın çox pis tər qoxusu gəlir insandan.
Kakos nədir?
Nə cür həzz yaşadır? Nələr istəyir insan?.
Kakos, heroinin atxodlarından düzəlir, yaş formada palçığa, quru formada isə möhür tozuna oxşayır (əstafurllağ).
Bunu da falqanın üstünə töküb, əridib çəkirlər.
Səs xırıldayır, baş gicəllənir, ancaq siqaret çəkmək istəyir insan. Gözlər yumulur öz özünə, qaşıntı verir bədəninin hər yerinə. Dil dodağ quruyur.
Şüşəyə nisbətən az saxlayır həzzi.
Aqressiv olursan.
İynə vurmaq isə dediklərimi extra yaşamaq kimi bir şeydir. Sonu isə dəhşət., hər şeydən olmaq və
ö l ü m!!.
Elə bilməyin ki, çəkdin, hə vəssalam, sonra buraxdın başını. Elə asan bir şey deyil tərgitmək. Siftələrdə mümkündür. Ammaa, sonralar.., gün getdikcə dozan artır.
O an isə "LOMKA və AĞRI" deyilən şeylər baş verir. Beldə sınırmış kimi ağrılar olur, sümüklərinin içində nəsə gəzir kimi hiss edirsən. Halsızlıq, iştah olmur, əzgin, hec nəyə maraq olmur. Burunun axır, gözün sulanır, kənardan baxan elə bilir ağlayırsan...
Patini ve Kakosu çox istifade etdikce qızlara olan marağın, istəyin, ehtirasın, sevgi hissin, mərhəmət hissin ölür, itib batır və yox olur. Ağlında ancaq narkotik olur, işləməyə həvəs olmur, istək olmur. Elə bunlara görə çox insan narkolojidə gedib pul verir, müalicə alır ki, sağalsın. Sağala bilirsə əgər, düzgün mualicə ala bilirsə əgər.
Tək həkimlə də iw bitmir. Psixoloq köməyidə lazımdır ki, bir müddət sonra yenidən başlamayasan.
Çox şeyləri var bu ölüm saçan narkotiklərin, narkotik tərkibli "həzz" yaradan psixotropların hamısında, Bu ilk baxışdan muvəqüəti "həzz" yaradan bəla, sonralar isə sizi kişilikdən, qadınlıqdan, insanlıqdan, salır, uzaqlaşdırır. Bütün bunlar Aysberqin görünən hissəsi idi.
Yəni gəncliyimiz budur hal hazırda. Budur əksəriyyətin istəyi. Bunları izah etməyə çalışdım ki, əgər kimsə tanışlarınızdan, sevdiklərinizdən, övladlarinizdan, yaxud özünüz 1 cə dəfə dadına baxmısızsa, onu 2 ci dəfə etməyəsiz.
E t m ə y ə s i n i z!!!
Size təklif edilibsə, o tələyə düşməyəsiz.
Və imkan verməyəsiz kimsə sizi və sizə əziz olanları bu şeyə dadandırsın.
Ölkədə çox ağır gənclik yaşanır, başı boşluq çoxdur. Dövlət orqanları gecdə olsa bunların qarşısını almaq üçün çox çalışır. Amma, hər qapıda, hər küçədə dövlət ola bilməz axı. Gələcəkdə doğulan əksər körpələr problemlər ilə doğulacaq. Söhbət istifadə edənin körpəsindən gedir.
Son illər kimyəvi
lab-da hazirlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir. Xüsusilə təhlükəlidir, çünkü ilk dəfə qəbuldan öldürmək qabiliyyətinə malikdir, deri, dərialti törəmə ,qan damar sistemi , ürək və qaraciyər ən çox ziyan görən orqanlar sırasindadir
Narkomaniya ilə mübarizə uzun müddətli, çox şaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha çox təhlükəlidir:
Narkodilerlər -
Narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur.
İl əzində hər bir təcrübəli narkotik istifadəçisi 4-6-10 nəfəri narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi, asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər.
Biləsiniz!!
Valideynlərle övladları arasındakı yaxşı münasibət narkotiklərə qarşı mübarizədə cox böyük rol oynayır. Valideyn hər zaman övladı ilə ünsiyyətdə olmalıdır. Amma əksər narkomanlar düşünür ki, ailəm üçün, uşağım uçün, anam atam üçün qurtulum və s.. Psixoloqlar həmişə qeyd edirlər ki, gərək onlar özləri dərk etsin ki, bu mənə ziyan vurur, ailəmdən ve övladmdan qabaq özümə ziyan vurur bu. Özü dərk edib düzgün yola qayıdanda nəticə də daha tez olur və əzm göstərur.
Unudulmamalıdır ki, narkotik asılılığını aradan qaldırmaq çətin olsa da, bu, mümkündür. Narkotiklərdən istifadə edənlərin erkən müraciəti çox hallarda uğurlu müalicə ilə nəticələnir.
Narkotik istifadəçiləri (narkomanlar) çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatlarını itirmiş olurlar. Bu uçuruma sürüklənməyi saxlamaq hər bir gəncin öz əlindədir və bu işdə də onlar tək deyillər. Belə problemli gənclərə yardım etməyə hazır olan onlarla Təşkilatlar və mütəxəssislər var.
Ən əsası isə onları sevən ve qorumağa çalışan Dövləti və hər zaman yanında olan Valiyeyinləri var.
Allah Sizləri, bizləri, sevdiklərimizi bunu yayan, təbliğ edən çirkin niyyətli "adam"lardan, bu dəhşətli bəladan qorusun.
Amin!
Hörmətlə,
Rizvan Quliyev
Oxunub: 2 020