dini radikalizm və ekstremizmlə mübarizə

Alqışa layiq addım


Şəhid ailələri və qazilərimizin hər zaman bizim diqqət və qayğımıza ehtiyacı olmasını hər birimiz bilməli və bütün varlığımızla buna çalışmalıyıq.Onların həssas və kövrək qəlbini sevindirmək hər bir Azərbaycan vətəndaşının borcudu.Çünki canını bu Vətən yolunda fəda etmiş şəhid ailələri və qazilərimiz görməlidi ki, bu xalq onları unutmur və unutmayacaq da.Hər zaman gözəl təşəbbüs, xeyirxah əməlləri ilə fərqlənən Sağlamlığın Qorunması İctimai Birliyinin sədri, Gədəbəy rayonundan pərvazlanıb, min bir zəhmətlə elmin yüksək zirvəsinə ucalan gözəl həkim, ziyalı, xeyirxah insan Yazgül Abdıyevanın təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Gədəbəy rayonunda şəhid və qazi ailələri üçün tibbi xidmət göstərilmişdir.
Yüksək ixtisaslı oftalmoloji yardım göstərmək üçün müasir diaqnostik avadanlıqlarla təchiz olunan səyyar avtomobildə klinikanın həkimləri iki gün ərzində 135 nəfərin müayinəsini aparmış, müalicələr təyin etmiş, məsləhətlər vermişlər.
Qeyd edək ki, MOM-un Avtomobil Səyyar Klinikası Gədəbəydə 15-16 iyul 2021-ci il tarixində vətəndaşlara tibbi xidmət göstərmişdir.Belə gözəl təşəbbüs ölkəmizin bütün böygələrində, hətta səhiyyənin mümkün olan sahələrində bu cür səyyar klinikalar təşkil olunması üçün bir örnək olacağına ümid etmək olar.Mən də bir gədəbəyli olaraq öncə Yazgül xanıma və Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə, Səyyar Klinikanın bütün həkim heyyətinə çox təşəkkür edirəm.Atdığınız bu addım alqışa layiqdir.Var olun.






Oxunub: 817
Oxşar xəbərlər
SON XƏBƏRLƏR