dini radikalizm və ekstremizmlə mübarizə

İlham Əliyev 98-ci ildönümdə tarixi dəyişdi – Sensasiya

İlham Əliyev 98-ci ildönümdə tarixi dəyişdi – Sensasiya

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 iyul 2021-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaratdı.

Djb.az axar.az-a istinadən xəbər verir ki, 7 iyul tarixi həm də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yarandığı gündür. DQMV məhz 1923-cü il iyulun 7-sində Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə yaradılıb.

Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə inzibati ərazi vahidi kimi de-yure ləğv edilib.

Ermənistanın tam kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsi (2020, 10 noyabr) isə Dağlıq Qarabağ Muxtar Vilayətinin de-fakto tarixin arxivinə gömülməsini təmin edib.

Beləliklə, Prezident İlham Əliyev bir daha təsdiqlədi ki, bütün addımlarını incəliyinə qədər ölçüb-biçir, tarixləri, günləri və anları dəqiqliyi ilə seçir.

İlham Əliyev məhz DQMV-nin sovet-bolşevik təsiri ilə yaradıldığı tarixdə Dağlıq Qarabağı arxivə gömən Tarixi Fərman imzaladı və Qarabağı iqtisadi bölgəyə çevirdi. Eyni zamanda, “Şərqi Zəngəzur” terminini Azərbaycanın hüquqi leksikonuna daxil etdi.

Oxunub: 457
Oxşar xəbərlər
SON XƏBƏRLƏR