dini radikalizm və ekstremizmlə mübarizə

TƏBRİK EDİRİK ŞAİR!


Bu gün çoxumuzun dostu, dəyərli ziyalı, istedadlı qələm sahibi, Yardımlı ədəbi mühitinin tanınmış simalarından olan Seyyid - Peyğəmbər övladı Seyyid Süleymanın (Əliyev Süleyman Miryusif oğlu) doğum günüdür.
Seyyid Süleyman 1962-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1963-cü ildən Yardımlı rayonunun Perimbel kəndində yaşayır. 1985-1990-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsində təhsil almışdır. 1987-ci ildən Yardımlı rayon Perimbel kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.
Seyyid Süleyman pedaqoji fəaliyyətlə bərabər həm də bədii yaradıcılıqla məşğuldur. Poeziya dünyasına "Bir az asta gedin, Süleyman yatır" kitabıyla qədəm qoyan şair növbəti olaraq "Harayladım, qayıtmadı o günlər" adlı ikinci kitabıyla dəyərli oxucularının görüşünə gəlib.
Əzizimiz Seyyid, ad günün mübarək! Arzu edirik ki, daim pozitiv əhval-ruhiyyədə olasan. Canınız sağlam, ilhamınız coşqun, qələminiz həmişə yazar olosun! O gün olsun ki, yüz yaşınıza təbrik yazaq!
"Dəyərli şeirin, sözün acıyam.
Haqqın, ədalətin, düzün acıyam.
Həyatda yadigar izin acıyam,
Seyyidəm. şərəflə qocalıram mən!"
Bir il də şərəfli ömür tarixçəsinə yazıldı ay Seyyid. Amma qəm eləmə, şərəflə yaşanan ömür illərinin vərəqlərini oxuduqca adam oxumaq istəyir.

Təbrik edirik!

P.S. Malik Balaşovun təbrikinə qoşularaq Djb.
az kollektivi adından mən də Eloğlum ziyalı şairimizi təbrik edirəm.

Oxunub: 950
Oxşar xəbərlər
SON XƏBƏRLƏR