dini radikalizm və ekstremizmlə mübarizə

Tarix yazanları tarix unutmur


Tarix unudulmur, tarix yazılır! Sadəcə yazılacaq tarixin düzgünlüyünün məsuliyyəti biz vətəndaşlar üzərinə düşür. Bu gün I Qarabağ müharibəsində ən ağır döyüşlərində iştirak etmiş Mürsəlov Bakir və onun komandiri haqqında məlumat oxuyacaqsınız.
XXI əsrin texnika texnoloqiya dövrü olmasının müsbət xüsiusiyyətləri çoxdur.
Onlardan birinin sosial medi və telefon üzərində görülən işlər. Qarabad döyüşlərinin iştirakçısı olan Köçəri bəy Şəhid qardaşıdır, onun yaratdığı Qanqardaşlarım qrupu üzərində 100 lərlə ziyalılar 100 lərlə veteranlar tanıdım. Bu gün onlardan birindən söz açacam. Yaradılan qrupda öz komandirinin şücaəti haqqında yazan Bakir haqqında kiçik məlumatla oxucularımı tanış etmək istəyirəm.
Mürsəlov Bakir Əfqan oğlu ,01 oktyabr 1970-ci ildə Laçın rayonu Kalafalıq kəndində anadan olub. 1990-cı ildə Sovet ordusu zamanı xidmətdə olmuş və təxris olunmuşdur.
18 may 1992-ci il, Laçının süqutundan sonra,12 iyun 1992-ci il tarixdən könüllü olaraq 713 nömrəli Laçın könüllülər batalyonunun 2-ci rotasında şəhid Quliyev Vaqif Rzaqulu oğlunun komandanlığı altında döyüşlərə qatılır.
Laçının şimalından, Kəlbəcər istiqamətindən başlayaraq Laçının 40-dan yuxarı kəndlərinin alınmasında, həm kəşfiyyatda, həm döyüşlərdə vzvod komandiri kimi iştirak etmişdir. Bozgüney, Pircahan, Bilildüz,Təzə kənd, Hoçaz dağı və kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş və həmin döyüşlərdə düşmənin xeyli qüvvəsini məhv edərək girov da götürmüşlər.
Komandirini heç vaxt unutmayan sədaqətli əsgərlər olur. Onlar birlikdə ölümün gözünə dik baxarkən artıq rütbəilə deyil bir- birlərinə qardaş deyə müraciət edirlər.

Bakir müesəlovun komandiri haqqında yazdıqları.
Quliyev Vaqif Rzaqulu oğlu dahi sərkərdə, igid komandir idi. Yaşasaydı 65 yaşı olacağdı. Ancaq Vaqif müəllim Vətənini, torpağını canından və hər şeydən üstün tutdu. Şəhidlik zirvəsinə ucalaraq öz vətənpərvərliyini, igidliyini bir daha canını qurban verməklə sübut etdi.
Mən Vaqif müəllimi hələ orta məktəbdən, bizə tarix dərsi keçəndən tanıyırdım. Çox savadlı müəllim isi. Kişiyə xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləşdirirdi. Vaqif müəllim həm də çox qürurlu insan idi.
Həmişə döyüşdə olduğu kimi məktəbdə də Vaqif müəllim hər kəs üçün örnək idir. Həmişə bir şeyi xatırladırdı bizə; dörd divar arasında müəllim-şagird, çöldə isə yoldaşıq. Çox da sadə bir insan idi.
Döyüşdə heç vaxt qorxmaz idi, erməni əsgərin əsgər saymazdı və həmişə diri tutmağa çalışardı. Komandir ehtiyyatlı olun, sizi vurarlar deyəndə bir cavabı olardı; - erməni üçün bizim hər kolumuz bir müsəlmandır, onlar nişan alar amma düz vura bilməzlər.
Allah sənə rəhmət eləsin komandir.Mən çox xoşbəxtəm ki,sizin məktəbdə şagirdiniz,döyüşdə əsgəriniz olmuşam.Çiyin-çiyinə sizinlə həm kəşviyyatda, həm də döyüşlərdə olduq. Allah sizə rəhmət eləsin.Siz bizim qəlbimizdə tarixlərdə iz qoyan bir komandir kimi yaşayacaqsınız.
Ruhun şad olsun şəhidim.



Oxunub: 629
Oxşar xəbərlər
SON XƏBƏRLƏR