dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvarda Vətən müharibəsi şəhidlərinin, qazilərinin orden və medallarının təqdimat mərasimi keçirilib.


26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar Biləsuvar rayonunda rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən təltif olunmuş Vətən müharibəsi şəhidlərinin,qazilərinin orden və medallarının təqdimat mərasimi keçirildi.

26 iyun 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tədbirdə İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları,Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, “Vətən müharibəsi” qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirildi.
Tədbirdə giriş nitqi söyləyən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ilk öncə 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi.Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Azərbaycan tarixinin şanlı səhifəsidir. Biz Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş, qazi olmuş əsgər və zabitlərimizlə daim fəxr edəcəyik. Şəhidlərimizin və Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi daima əziz tutulacaqdır.
F.Qürbətov Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçuları təbrik edərək şəhidlərimizə rəhmət dilədi, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzuladı.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov 103 illik müddətdə Azərbaycan Ordusunun keçdiyi şanlı zəfər yolu barədə ətraflı məlumat verdi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək təltif olunmuş 58 Biləsuvarlı şəhidin orden və medalları ailə üzvlərinə, 49 nəfər müharibə iştirakçısı və qazilərimizin orden və medalları isə özlərinə təqdim olundu.

R. Həsənov











Oxunub: 784
Oxşar xəbərlər
SON XƏBƏRLƏR