dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı rayonunda Şəhidlərin xatirəsinə həsr olunmuş turnirə start verildi


Djb.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Kung-Fu Federasiyası və "Bakılı" İdman Klubunun birgə təşkilatçılığı ilə Şəhidlərimizin xatirəsinə həsr olunmuş, açıq havada keçirilən kung-fu üzrə turnirə start verilib.

Şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakı ilə ilkin olaraq Yeni Suraxanı qəsəbəsində keçirilən yarış Şəhidlər Xiyabanında Şəhidlərimizin məzarlarının ziyarət edilməsi ilə başlanılmışdır. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını yazan Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların göstərdikləri şücaət və vətənpərvərlikdən bəhs olunmuşdur.







Oxunub: 728
Oxşar xəbərlər
SON XƏBƏRLƏR