dini radikalizm və ekstremizmlə mübarizə

Prezident 44 günlük savaşın məşhur generallarını təltif etdi

Prezident 44 günlük savaşın məşhur generallarını təltif etdi

Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Djb.az axar.az-a istinadən xəbər verir ki, təltif edilənlər arasında 4 general da var:

Hikmət İzzət oğlu Mirzəyev – general-leytenant

Zaur Sabir oğlu Cavanşir – general-mayor

Vasif Ramiz oğlu Kazımov – general-mayor

İlqar Zakir oğlu Lətifov – general-mayor.

Prezidentin imzaladığı digər sərəncamlarla isə general-leytenant Əfqan Vəli oğlu Nağıyev, general-leytenant Heydər Kamal oğlu Piriyev, general-leytenant Ramiz Firudin oğlu Tahirov, general-mayor Rasim Məmmədəli oğlu Əliyev və general-mayor Vasif Ramiz oğlu Kazımov "Füzulinin azad olunmasına görə", general-leytenant Araz Məmməd oğlu Məmmədov və general-mayor Azər Oqtay oğlu İbrahimov “Zəngilanın azad olunmasına görə”, general-mayor Zaur Sabir oğlu Cavanşir, general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev, general-mayor Rasim Məmmədəli oğlu Əliyev və general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov “Qubadlının azad olunmasına görə”, general-leytenant Ramiz Firudin oğlu Tahirov və general-mayor Azər Oqtay oğlu İbrahimov “Cəbrayılın azad olunmasına görə”, general-mayor Vüqar Əfqan oğlu Əliverdiyev “Ağdamın azad olunmasına görə”, general-leytenant Nizam Ramazan oğlu Osmanov, general-mayor Zaur Sabir oğlu Cavanşir, general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev və general-mayor Azər Əli oğlu Əliyev “Kəlbəcərin azad olunmasına görə”, general-leytenant Nizam Ramazan oğlu Osmanov, general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev və general-mayor İlqar Zakir oğlu Lətifov “Laçının azad olunmasına görə”, general-mayor Rasim Məmmədəli oğlu Əliyev “Suqovuşanın azad olunmasına görə”, general-leytenant Zahid İbrahim oğlu Hüseynov və general-mayor Hüseyn Pənah oğlu Mahmudov “Vətən uğrunda”, general-mayor Bəkir Şirin oğlu Orucov, general-mayor Namiq Qasım oğlu Poladov və general-mayor Füzuli Zəbiş oğlu Salahov “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

Həmçinin general-mayor Zaur Sabir oğlu Cavanşir və general-mayor Kənan Əlihüseyn oğlu Seyidov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüblər.

Oxunub: 655
Oxşar xəbərlər
SON XƏBƏRLƏR