dini radikalizm və ekstremizmlə mübarizə

23 İyun - Dövlət Qulluqçularının peşə bayramı günüdür


HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MÜASİR DÖVLƏT QULLUĞU SİSTEMİNİN BANİSİDİR


3 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 25 may 2006 - cı il tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən 23 iyun Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Azərbaycanda çalışan çoxsaylı dövlət qulluqçuları indi öz bayramlarını 15 ildir ki, qeyd edirlər.

PS. Kateqoriyasından asılı olmayaraq hər hansı bir işdə uğur qazanmaq insanın səbri və əzmi bahasına başa gəlir. Uğura atılan hər bir addım müəyyən çətinliklərdən keçir. Bunun öhdəsindən isə işguzarlıq və tələbkarlıq gəlir. İşdə məsuliyyət isə önəmli sıralardan olmalıdir. Bu gün Dövlət Qulluqçuları işçilərinin peşə bayramıdır...Bu münasibətlə dövlət qulluğunda çalışan dostlarımı təbrik edirəm.
Dövlət qulluğu kimi çətin və məsuliyyətli işlərində hər birinizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

ZƏFƏR ƏZMLİ BAYRAMIMIZ MÜBARƏK!


Almaz İlahə

Oxunub: 931
Oxşar xəbərlər
SON XƏBƏRLƏR