dini radikalizm və ekstremizmlə mübarizə

Xankəndidə keçirilən mitinqdə Arayik yenə sərsəmlədi

Xankəndidə keçirilən mitinqdə Arayik yenə sərsəmlədi

Separatçıların lideri Arayik Arutyunyan “prezident” vəzifəsinin hələ başa çatmadığını və “istefa vermək” niyyətinində olmadığını açıqlayıb.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bunu Arayik Arutyunyan Xankəndidə keçirdiyi mitinqdə deyib.

“Qarabağda sülhü təmin edən rus sülhməramlılarının ”xilasetmə fəaliyyətlərindən” razıyam və onların komandiri Rüstəm Muradovla “birlikdə hələ çox uzun bir yolumuz olacaq“- deyə Arayik insanları özünə inandırmağa çalışıb.

Rüstəm Muradovla “xüsusi” münasibətinin olmasını əvvəllər də nümayiş etdirən Arutyunyan özünə arxa-dayaq secdiyi sülhməramlılara yaltaqlanmağı da unutmayıb.

“Xüsusilə bu gün dünyamızı qoruyan Rusiya Prezidentinə və Muradovun rəhbərlik etdiyi sülhməramlı qüvvələrə minnətdaram”- deyə, rusların hesabına hələ də orada süləndiyini bir daha sübut edib.

O, Xankəndi sakinlərinin qarşısındakı sərsəm çıxışını Qarabağ və Azərbaycanın bir-birindən ayrı olacağını, heç zaman bir yerdə olmayacağını söyləyərək bitirib.

Oxunub: 585
Oxşar xəbərlər
SON XƏBƏRLƏR