dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid ailələri və vətən müharibəsində sağlamlığını itirən qazilər hər zaman diqqət mərkəzindədir


Djb.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə rayonun təhsil müəssisələrinin kollektivləri tərəfindən Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin və şəhid ailələrinin ziyarət olunması davam etdirilir.
Növbəti dəfə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, E.Qaranzadə adına 270 №-li tam orta məktəbin və 324 №-li körpələr evi-uşaq bağçasının kollektivləri qazilərimiz Hövsan qəsəbə sakini Atakişiyev Hüseyn Əfqan oğlunu və Əmircan qəsəbə sakini Mehrəliyev Elçin Şamil oğlunu ziyarət edib, ailələrə ərzaq yardımları göstərilib.


Oxunub: 791
Oxşar xəbərlər
SON XƏBƏRLƏR