Djb.az xəbər verir ki, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova və digər rəsmi şəxslər Binə qəsəbəsi Südçülük yaşayış sahəsinin sakini, Vətən Müharibəsi şəhidi əsgər (MAHHXHQ) Məmmədov İsa Nazim oğlunun doğum günündə məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuş və onun əziz xatirəsi ehtiramla yad etmişlər.
Ailədə görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Vüqar Seyidov bildirmişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından "Anım löhvhəsi"ni və üzərində Vətən Müharibəsinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalçanı şəhid ailəsinə təqdim etmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildirmişlər.
Oxunub: 796