dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidin ad günündə bulağın açılışı oldu

Baxış Sayı:170


Djb.az xəbər verir ki, Cəlilabad rayonunun Musalı kəndində Vətən müharibəsi şəhidi gizir Elşən Niftullayevin əziz xatirəsinə həsr olunmuş bulağın açılışı oldu.
Bulağın açılışı şəhidin 22-ci doğum gününə təsadüf edirdi.
Mərasimdə Cəlilabad RİH-nin l müavini, başçının səlahiyyətlərini icra edən Mansur Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Ombudsmanın Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Djb.az-ın Qazaxstan Respublikasında təmsil edən Fariz Quliyev( Fərid Fariz ),rayon ictimaiyyətinin nümayəndələri, qazilər, şəhid ailələri iştirak edirdi.
Rayon rəhbərliyi şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzmüş, xatirəsini etiramla yad etmişlər.
Sonra Dövlət bayraqları ilə bəzədilmiş xatirə bulağının açılışında şəhidin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açılmış, ölkəmizin o cümlədən rayonun Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığından danışılmışdır.
Tədbir iştirakçıları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa müddətdə Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açmışlar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Elşən Niftullayev 27 may 1999-cu ildə Cəlilabad rayonunun Musalı kəndində anadan olub. 2020-ci il oktyabrın 10-u Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Niftullayev Elşən Əfqan oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.







Oxşar xəbərlər
SON XƏBƏRLƏR