dini radikalizm və ekstremizmlə mübarizə

BU GƏLƏCƏK UĞURLARIN BAŞLANĞICIDIR.


2020-2021 –ci tədris ili Mingəçevir şəhər İlqar Kişiyeva adına 17 saylı tam orta məktəb ard-arda gələn bir sıra uğurları ilə yaddaşlarda qaldı. Sözsüz ki, bu təhsilə önəm verən təcrübəli müəllim, işgüzar pedaqoji kollektivin əməyinin nəticəsidir. Əlbəttə ki, əldə olunan bütün uğurlar həm də məktəbə Təhsil Nazirliyi tərəfindən yeni təyin olunmuş direktor Ceyhun Atayevin bütün işləri diqqət mərkəzində saxlaması və düzgün yanaşmasının nəticəsidir. 23 aprel tarixində 11-ci siniflərə keçirilən buraxılış imtahanının nəticəsinə görə məktəbin 6 şagirdi mümkün 300 baldan 200 dən yuxarı bal toplamışdır.
Respublika Fənn müsabiqəsində məktəbin 5 şagirdinin finala vəsiqə qazanması məktəbi şəhər məktəbləri içərisində ikinci yerə layiq görülməsinə səbəb oldu. Final mərhələsində isə şəhərin yeganə qalibi məhz bu məktəbdən olması və bürünc medala sahib olması söylənənləri bir daha təsdiq edir.
Ən böyük nailiyyətlərdən biri və birincisi isə məktəbin 9-cu sinif şagirdi Cəfərli Elvin Elnur oğlunun Respublika fənn olimpiadasında Biologiya fənnindən finala çıxması və sonda Respublika ikincisi kimi şəhərə gümüş medalla qayıtmasıdır. Respublika ikincisi olan Elvinin bu nailiyyəti Biologiya fənnindən şəhər üzrə rəqibininin olmamaması da sevindirici haldır. Elvinlə müsahibə zamanı Elvin qeyd etdi ki, onun nailiyyətlərinin əsasını Biologiya müəllimi Günay Kərimovanın həmin fənni şagirdlərə sevdirməsi və bütün incəlikləri tam təfərrüatı ilə şagirdlərin diqqətinə çatdırmasıdır.
Müsahibə zamanı Elvin qeyd etdi ki, əldə olunan nailiyyətı o tam qələbə hesab etmir. Onun üçün ən böyük nailiyyət ölkə birincisi olmaq və qəbul imtahanənda maksimum 700 balı toplamaqdır.
Biz də Elvinə və 17 saylı tam orta məktəbin şagird və müəllim kollektivinə uğurlar arzu edirik.

Oxunub: 953
Oxşar xəbərlər
SON XƏBƏRLƏR