dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün Əziz Əzizovun çevrəsində xalqa xidmət edən kadrlar cəmləşib


Suraxanı Rayon İcra Hakimiyyəti başçısının aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradıldığı gündən bu günə kimi rayon rəhbərliyinin və kollektivinin gördüyü işləri bir media nümayəndəsi və sakin olaraq hər zaman diqqət mərkəzində saxlamışam.
Görülən işlər təqdirəlayiq olmaqla yanaşı həm də qürurvericidir. Az müddər ərzində rayon rəhbərliyinin gördüyü işlər azərbaycan mətbuatının ön cərgəsində işıqlanması bir qazi anası olaraq mənim üçün də çox xoşdur.
Vətənini sevən, xalqına dəyər verən, dövlət başçısının siyasətinə əməlləri ilə sədaqətini göstərən bir RİN başçısının məhz bizim Suraxanı rayonunda olması sevindirici hal deyilmi?
Bu gün Əziz Əzizovun çevrəsində də məhz xalqa xidmət edən kadrlar cəmləşib.
Onlardan biri RiH başçısının müvafiq əmrinə əsasən yeni yaradılmış şöbənin müdiri vəzifəsinə təyin olunmuş polkovnik-leytenant Hüseynov Elmar Etibar oğludur. Onun bizim rayonda çalışacağı xəbəri İctimai xadim olaraq məni də çox sevindirmişdi. İllərlə dövlətə, xalqa xidmətinin canlı şahidlərindən biri də mən olmuşam.
Bu gün 31.05.2021- ci il tarixində
“Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Elmar Hüseynov və böyük məsləhətçi Vətən müharibəsində sol ayağını itirmiş kapitan İslamov Qurbanəli Məzahir oğlu, Əmircan qəsəbə bələdiyyəsinin sədri Cəmilə xanım Ağayeva Vətən müharibəsi iştirakçısı Qazi Əhmədov Mirrəhim Mirzə oğlunu ziyarət etdilər.
E. Hüseynov qazinin sağlamlığında olan problemlərlə maraqlandı, keçdiyi döyüş yolundan söz açmasını xahiş etdi. Və bir zabit olaraq Mirrəhim kimi oğullarımızla qürur duyduğunu söylədi.
P.S. Elmar Hüseynov və Qurbanəli İslamov fəaliyyətlərində üzərilərinə düşən vəzifələri qərəzsiz, vətənin mənafeyi naminə həyata keçirəcəklərini və bu istiqamətdə görülmüş işlərə öz töhfələrini verəcəklərinə inanıram.
Onlara işlərində müvəffəqiyyətlər arzulayıram.


Almaz İlahə
Təsisçi







Oxunub: 571
Oxşar xəbərlər
SON XƏBƏRLƏR