dini radikalizm və ekstremizmlə mübarizə

Dünən haqq bildiyimiz, bu gün qarşımızda yanlış kimi durubdur.


“Qarabağ savaşı hələ bitməmişdir. Fiziki müstəvidən, siyasi müstəviyöə keçmişdir. Bu anda hər bir Azərbaycanlı istər Qrabağ savaşı ilə bağlı və istərsə də kənar qüvvələrin qarşısında dövlətimizi qorumaq üçün ciddi həmrəylik göstərilməlidir. Çünki düşmən bizləri dövləti qorumaq münasibətində parçalanmış görsə, istədiyini asanlıqla həyata keçirə bilər”.

Bismilləhir rahmənir rahim. Belə gözəl deyim var: “Zaman ən böyük hakimdir”. Ddoğurdan da bu hikmətli söz yaşadıqca nə qədər mənalı olduğunu görürsən. 30 ilə yaxındır ki, Azərbaycabaycan müstəqilliyini qazansa da, elə siyasi şəxslərə inandıq və elə hadisələrə şahidlik etdik ki, baş vermiş hadisənin mahiyyətini bilmədən kimləri günahkar və kimləri isə haqlı zənn etdik. Amma zaman keçdikcə düşüncələrimizi səhv və haqlı olduğumuz məqamları qaqrşımıza qoyduq. Uzun müddətdir ki, Azərbaycanda baş vermiş hadisələrin cavabdehi hökümətin başçısı və komandası bütövlükdə xalqın ittihamı qarşısında qalmışdır. Xalqımız korrupsoner və rüşvətxor məmurlardan cana gəldiyindən, arxasında hansı ölkə bilmədən, kim hakimiyətə qarşı çıxıbsa onu özünə milli qəhraman hesab etmiş, ətrafına toplanaraq onların şəxsində qurtuluş, nicat tapacağına ümüd bəsləmişlər. Bu illər ərzində muitinqlər, piketlər, həbslər və sairə hallarla arasız mücadilə aparmışlar. Mücadilə bəllidir ki, müəyyən ictimai birliklər və siyasi partiyalar daxilində həyata keçirilmişdir. Hər bir siyasi partiya mənsubiyyətçisi qəbul etdiyi lideri haqlı komanda və onun rəhbərinə müxalif olanlanlara isə düşmən münasibət göstərmişdir. Bu cür düşüncəni isə formalaşdıran insanlar deyil, mənsub olduğu partiyanın rəhbərləri olmuşdur. Amma heç bir sadə vətəndaş imperiyaların “Parçala, hökm sür” siyasətinin qurbanı olduqlarını belə təsəvvürünə belə gətirə bilməmişlər. Azərbaycan toplumunu müxtəlif ideologiya ilə gözlərini elə bağlamışlar ki, heç kəs kiminsə yanında durub, hara xidmət etdiyini düşünə bilməmişlər. Buna misal olaraq dəfələrlə bu mövzuya toxunmuşam. Məsələn: ölkəmizdə məzhəbçilik və aralarında olan ziddiyətçilik, müxalifət partiyalar aralarında olan ziddiyət və müxalifələ və iqtidar aralarında olan qarşıdurmaları göstərmək olar. Hadisələrə kənardan baxdıqda bu parçalaqnmalardan və ziddiyyətlərdən kimlərin fayda götürdüyünə baxsaq, daxildə fərdlərin kimliyi və kənarda imperyaların görünməz əlləri ortaya çıxır.
2-ci Qarabağ savaşından öncə ölkəmizdə baş vermiş terror hadisələr, təzyiqlər, hakimiyyət daxili çəkişmələr, müharibə və müharibədən sonrakı dövürdə çox görünməzlər ortaya çıxdı. Hakimiyyətə qarşı çıxmaqla “milli qəhrəman” olanlar istər müharibə vaxtı sərgilədikləri münasibətlər, istərsə də imperya tərəfindən hakimiyyətə yerləşdirilmiş “5-ci kolon” qüvvələrinə olan münasibətdə kimliklərini ortaya qoydular. Necə deyərlər millətçi və haqq - ədalət donu geymiş imperyanın bölgəmizdə uzun müddətli hakimiyyətini təmin etmək üçün “ehtiyat təkəri” rolunu almışlar. Yazlqlar olsun bu tipli insanlara uyanlara. Doğurdan da zaman ən böyük hakimdir. Dünən haqq bildiyimiz, bu gün qarşımızda yanlış kimi durubdur.
Bunları təhlil aparmaqda məqsədim nədir? Hər kəs yaxşı - yaxşı fikirləşsin! 2-ci Qarabağ savaşı çox şeyləri ortaya qoydu. 1-ci demokratiya dediyimiz bəzi batı ölkələrinin, 2-ci İslam təəssübkeşliyində üzdə qardaş deyən Farsların, 3-cü şimal qonşumuz Rusiyanın, 4-cü qardaş Türkiyənin və daxildə bəzi qüvvələrin münasibətləri bizim dost və düşmənlərimizin kim olduqlarını ortaya qoydu.
Qarabağ savaşı hələ bitməmişdir. Fiziki müstəvidən, siyasi müstəviyöə keçmişdir. Bu anda hər bir Azərbaycanlı istər Qrabağ savaşı ilə bağlı və istərsə də kənar qüvvələrin qarşısında dövlətimizi qorumaq üçün ciddi həmrəylik göstərilməlidir. Çünki düşmən bizləri dövləti qorumaq münasibətində parçalanmış görsə, istədiyini asanlıqla həyata keçirə bilər.
Azərbaycanda yaşayan etmik xalqlardan tutmuş hər bir kəs anlamalıdır ki, bizim varlığımız və milli kimliyimiz bir başa dövlətimizin varlığından aslıdır. Düzdür, hakimiyyətdə təmsil olan imperiya qulları, xalqı istisumar edərək, xalqı hakimiyyətdən narazı salıblar. Amma bu narazıləq dövlətçiliyimizin qorunmasına ədavətə çevrilməməlidir. Kimlər xalqa qarşı hansı çirkin əməl göstəriblərsə, artıq cəzalarını almaqdadırlar. Ümüidvaram ki bu prosses sona qədər gedəcəkdir. Bu hadisələrdən qorxanlar ölkəni qarışdırmaq istəyirlər ki, cəzadan yayınsınlar. Xalqımız dövlətimizin, vətənimizin bu anında iqtidarlı, müxalifətli hamımız bir yerdə olmalıdır və düşmənə heç bir fürsət verməməlidir.

Tahir Abbaslı
Azərbaycan İslam Demokrat Partiyasının sədri
və AXH TK-nın üzvi

Oxunub: 528
Oxşar xəbərlər
SON XƏBƏRLƏR