dini radikalizm və ekstremizmlə mübarizə

BALOĞLANLI TOYLAR


Baloğlan Əşrəfovun vəfatı yadıma sovet dövrünün palatka toylarini saldi.Cənub zonasında o vaxt Baloğlan çox dəbdə idi, çox sevilirdi.Bir dəfə sohbet zamanı dedi ki Lənkəranda elə kənd, elə küçə, ele məhlə olmayib ki mən orda toy oxumayam.Mənim dayımın da toyunu o oxumuşdu 1985-də...

O toylar da bir başqa olardi-dadli, həyəcanlı, dogma..Həyətdə və ya küçədə çadır qurular, axşamüstü musiqiciler alətlərini kökləyib həzin ifalara başlayardı.Toyun sədası uzaq məhəllələrə də yayılardi.Cadirin içində kubik daşların üstünə dar , uzun taxtalar qoyulmaqla oturacaqlar düzəldilərdi.Yer də əgər palciq idisə pilə ( rəndələnmiş taxta ovuntusu) tökülərdi.Baloglanin təzə-təzə şöhrət tapdığı zamanlar idi.Səsi, ifası, repertuarı toy aparmaq bacarığı o qədər xoşagələn idi ki her kes onu öz uşağının toyunda görmək istəyirdi.O vaxtkı dəvətnamələr də adı fotokagizda olardı.Ustundə göyərçin şəkli olardı, onun da dimdiyində məktub.Əgər toyda Baloğlan oxuyacaqdisa, bu fakt mütləq o dəvətnamədə qeyd olunurdu:,Toyu idarə edir Baloğlan Əşrəfov."(Eyni qeyd Cavad Rəcəbov, Qədir Qızılsəs, Ağadadaş Ağayev, Yusif Mustafayevin də idarə etdiyi əksər toyların dəvətnaməsində yazılırdı.)Və bu anonsun özü ele o toyun və toy sahibinin sambalini, səviyyəsini göstərirdi.Hava qaraldiqca dəvət olunanlar yavaş-yavas toy evine yığışaraq taxta skamyalarda yerini tutardı.Kisilər çadırın içində, qadınlar və uşaqlar isə bayirinda.Yay vaxtı çadırın kənarları yuxarı qaldirilardi, qadınlar da azca arxaya cəkilərdi-cox gözə dəyməsinlər deyə...Kəndin ta o başından, qonşu kəndlərdən, şəhərdə yaxın məhəllələrdən belə qız -gəlin məhz Baloğlani dinləməyə gələrdi.İndi çoxları bəyənməsə də, fars- ıran musiqisi əsasında yazılmış 6/8 ritmlik oynaq, sümüyə düşən mahnılar məhz onun ifasında tanınır, sevinirdi.,,Ay uçan quşlar", ,,Qizılgülümun rəngi niye saraldı" daha çox sifariş verilərdi.(kimin yadına daha hansı mahnısı düşsə,qeyd eləsin).Bir də sərxeyi vardı, əlində çubuq-ortada dolanıb bir növ toyun ,, vəziyyətinə" baxırdı.Və Baloğlan oxuyurdu...Hansısa gənc oglan hələ könlünü aça bilmədiyi, indi bu çadırın arxasında məhz ona baxan sevdiyi üçün mahnı sifariş verirdi və sanki o mahnının sözləri ilə qıza öz urəyindəkiləri çatdırmaq istəyirdi...Kimsə dünyasını dəyişmiş anasını yada salıb kövrəlirdi, kimsə atasına ne vaxtsa söz qaytardığı üçün peşmanlıq duyurdu....Və Baloğlan oxuyurdu-her kəs üçün, hamı üçün, o yay gecəsi üçün...Muğamları, xalq və bəstəkar mahnıları pərdə pərdə gecənin bağrını yarıb uzaqlara gedirdi.Bal kimi şirin olurdu Baloğlanlı toylar..

Xatirə Xatun

Oxunub: 718
Oxşar xəbərlər
SON XƏBƏRLƏR