dini radikalizm və ekstremizmlə mübarizə

O, düşmən cəbhəsini ilk yaran tank bölüyünə komandirlik edib.


Bu gün Vətən müharibəsində şəhid olan baş leytenant, tank bölüyü komandiri Namiq Abış oğlu Mailovun 38 yaşı tamam olur.

" Biləsuvar xəbərləri" məlumat verir ki, şəhidimizin anım günündə rayon içtimaiyyətinin nümayəndələri və silahdaşları tərəfindən onun boya-başa çatdığı Biləsuvar rayonunda olan ata ocağı ziyarət olunur. Ziyarətçilər qəhrəmanımızın rayon qəbiristanlığında olan məzarı önünə gələrək, onun ruhuna dualar da oxuyurlar.

Qeyd edək ki, Silahlı Qüvvələrimizdə 2006-cı ildən xidmətə başlayan Namiq Mailov 2011-ci ildə könüllü olaraq Naxçıvandan Füzuli rayonuna göndərilşmişdir. 2015-ci ildə nümunəvi xidmətini nəzərə alaraq zabit kurslarına göndərilir. 2016-cı ildə kiçik leytenant bölük komandiri kimi Aprel döyüşlərində ciddi yaralanıb, sağalaraq yenidən xidmətə qayıdıb.

27 sentyabrdan başlanan Vətən müharibəsinin ilk günündə onun rəhbərlik etdiyi tank bölüyü Füzuli rayonu uğrunda gedən döyüşlərdə qorxmadan düşmənin üzərinə atılaraq düşmənin ön cəbhə xəttini yarıb. Namiq Mailov düşmənin bir neçə istehkam məntəqəsini və texnikasını məhv edir. Füzuli istiqamətində bir neçə kəndi irələdikdən sonra gedən şiddətli döyüşlərdə qəhramancasına şəhid olur.

Namiq Mailov oktyabrın 4-də doğulduğu Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb. O, Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüşdə şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Ali Baş Komandan tərəfindən Namiq Mailov ölümündən sonra
"Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bu gün cənnətdə 38 yaşını qeyd edən şəhid baş leytenantımızın Cəsur (10 yaşlı) və Cahid adlı ( 7 yaşlı) oğul övladları Vətənə əmanətdir.

Allah rəhmət eləsin!.


Surxay ŞAHBAZOV
"Region-press" qəzetinin baş redaktoru



Oxunub: 850
Oxşar xəbərlər
SON XƏBƏRLƏR