dini radikalizm və ekstremizmlə mübarizə

Döyüşçü Generalın doğum günüdür!


Djb.az xəbər verir ki, onunla ilk tanışlığım şəhid anaları ilə görüş zamanı oldu. Beyləqan rayonunda şəhid Tural Əhlimanlının mövluduna Bakıdan şəhid analarını aparmışdım. Tədbirimizdə generalın şəxsən tapşırığı ilə iştirak edən zabitlər var idi. General tərəfindən Şəhid ailələrinə göstərilən diqqət çox ürəkaçan idi.
Təbdirin yüksək şəkildə keçməsi üçün bizimlə çiyin- çiyinə çalışan polkovnik leytenan Seymur Həbbullayev bildirdi ki, General Mais Barxudarov şəhid anaları ilə görüşmək bir stəkan qarşılıqlı çay içmək istəyir. Şəhid anaları ilə birlikdə komandanlığın əyləşdiyi korpusa yola düşdük.
Qarşılanma çox möhtəşəm oldu. Korpusun həyətində hərbiçilər anaları qarşıladı. Gözəl çay süfrəsi hazırlanmışdı. Mais Barxudarov anaların hər birinə övladı kimi sarılaraq əllərindən öpdü, səmimi söhbət etdi ptoblemləri ilə maraqlandı. Xatirə rəsmləri çəkildi. Hətta xahiş etdi ki, bu haqqda mediada yazmayaq. O hər bir şəhid valideyninə bir ömür borclu olduğunu da bildirdi.
Onu da qeyd edim ki, General şəhid T. Əhlimanlının valideyinləri şəxsən görüşüb oğulsuz qalan ana, ataya dəstəy olaraq öz şəxsi vəsaiti hesabına evlərinə istilik sistemi çəkdirib. Mütəmadi Nəzakət ana və Yaşar ata ilə maraqlanaraq problemlərini həll edir.
Bunları yazmaqda məqsədim onun əsl vətənsevər olmasını oxucularıma çatdırmaqdır. Bir insan vətənpərvərliyi onun
Şəhidinə, əsgərinə, zabitinə verdiyi dəyərlə ölçülür. Övladını vətənə qurban verən valideyinlərə qayğı göstərmək isə hər bir Azərbaycan vətəndaşının borcudur. O, bir vətəndaş kimi öz borcunu layiqincə yerinə yetirir.
Bu gün Aprelin 20-si General-mayor Mais Barxudarovun doğum günüdür.
Mais Barxudarov 1976-cı il aprelin 20-də Qubadlının Dəmirçilər kəndində anadan olub. Sabiq SSRİ İdman Ustası Əliyar Əliyev və İdman ustası, hazırda Müdafiə Nazirliyində çalışan döyüşçü polkovnik Sadiq Paşayevin tələbələrindən olub. M.Barxudarov General C.Naxçıvanski adına Hərbi Litseyi, daha sonra isə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini (indi Heydər Əliyev adında Azərbaycan Ali Hərbi Məktəbi adlanır) bitirib. 2016-cı ilin aprel döyüşləri zamanı etdiyi fədakarlığa görə General-mayor hərbi rütbəsinə layiq görülüb.
General 44 günlük Vətən müharibəaində bir daha silaha sarılaraq əsgərlərinin yanında olmağı ilə xalqın sevimlisinə çevrildi. O, şücaəti ilə zabit dostlarına örnək oldu.
General Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mais Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən isə "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı. və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Dəyərli insan, şəhid analarının oğlu, zabit dostumuz Mais Barxudarov və onun şəxsində doğum gününü qeyd edənləri bu əlamətdar gün münasibətilə təbrik edirəm. Can sağlığı sağlam ömür diləyirəm.
Nil çayı heç vaxt qurumur cənab General, ömrünüz Nil çayı tək axar olsun. Ayda, günəşdən yerdən ayrılmadığı kimi siz də sevdiklərinizlə birgə olasınız. Kədər yıxar insanı, sevinc isə ucaldar. Həyatda həmişə Qartal tək ucalarda olasınız!



Hörmətlə,



Almaz İlahə Əhmədova
Djb.az xəbərlər və informasiya saytının rəhbəri

Oxunub: 519
Oxşar xəbərlər
SON XƏBƏRLƏR