Ermənistan parlamentində təmsil olunan "Parlaq Ermənistan" fraksiyasının deputatı Armen Yeqiyazaryan 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dolların köçürülməsi məsələsi ilə bağlı ölkənin Milli Təhlükəsizlik Xidmətinə rəsmi sorğu göndərib.
Djb.az-ın məlumatına görə, Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti deputatın sorğusuna cavab verib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin cavabında bildirilib ki, 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dolların köçürülməsilə bağlı onlarda heç bir məlumat yoxdur. Milli Təhlükəsizlik Xidmətinin cavab məktubunda millət vəkilinə tövsiyə olunur ki, o bu məsələ ilə bağlı Mərkəzi Banka müraciət etsin.
Qeyd edək ki, "Parlaq Ermənistan" fraksiyasının deputatı Armen Yeqiyazaryan iddia edir ki, Dünya Bankının 2019-cu ildə açıqladığı hesabatda Azərbaycandan Ermənistana 211 milyon dollar köçürülməsi barədə məlumat olub. İddia olunur ki, 2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə isə 211 milyon dollar köçürülüb. Həmin hesabatda 2018-ci ildə Rusiyadan Ermənisttana 800 milyon dollar köçürüldyü də qeyd olunub.
Oxunub: 587