Djb.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Fuad Cəbrayılov, şöbə müdirləri, RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri 1-ci və 2-ci Qarabağ müharibəsində Şəhid olmuş sakinlərimizin dəfn olunduqları Əmircan qəsəbəsindəki Şəhidlər Xiyabanında yekunlaşmış əsaslı təmir işləri ilə yerində tanış olmuşlar. Şəhidlərimizin məzarı ziyarət olunaraq onların ruhuna dualar oxunmuş və əziz xatirələri ehtiramla yad edilmişdir.
Oxunub: 743