dini radikalizm və ekstremizmlə mübarizə

Milli kimliyimizə, soy kökümüzə və milli mənsubiyyətimizə hörmətlə.

Baxış Sayı:149


Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Hər kəs öz mlli kimliyini unutmamalı, onu qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidir. İllah da ki, bu şəxs ziyalıdırsa o, özündə daha çox məsuliyyət hiss etməli, yaxın və uzaq keçmişimizlə bağlı məlumat verərkən daha diqqətli olmalı, tarixi saxtalaşdırmamalıdır.
Mənim doğulub boya-başa çatdığım Kəpənəkçi kəndi təkcə аdı ilə dеyil, еyni zаmаndа türk-Аzərbаycаnlıyа хаs оlаn milli mənəviyyаtı, еtnоqrаfik хüsusiyyəti, əхlаqi kеyfiyyəti, аilə-qоhumluq, qоnşuluq münаsibətləri, vаlidеynə, аğsаqqаlа, аğbirçəyə, böyüyə-kiçiyə hörmət və еhtirаm, qаyğı göstərmək, əl tutmаq, kömək, аrха, dаyаq оlmаq, hаlаllıq, nаmus-qеyrət, аdət-ənənə, məişət mədəniyyəti, sаzа-sözə vurğunluq, hikmətlik, müdriklik, bir sözlə qədim tаriхə bаğlılığı ilə bu gün də Dədə Qоrqud dünyаsının cаnlı şаhididir.
Biz ailəmizdə belə tərbiyə görmüşük ki, böyük danışarkən kiçik dinləməlidir. Məhs bu səbəbdən də böyüklərimiz də danışarkən dedikləri hər kəlimələri yüz ölçüb bir biçməlidirlər ki, dinləyən gənclərdə xəyal qırıqlığı, həmin böyüklərə inamsızlıq yaranmasın.
Ziyalı doslarımla görüşlər və telefon zəngləri zamanı mənə irad bildirirlər ki, niyə ancaq Kəpənəkçi barədə araşdırmalar edirsən, digər bölgələri, kəndləri, şəhərləri, nəsil və şəcərələri də araşdır və tarixi faktları paylaş ki, hər kəs məlumatlı olsun. Bunları nəzərə alaraq tarixçilrimizin araşdıralmarını, tarixi faktları mütəmadi olaraq paylaşmağa çalışıram. Bildirmək istəyrəm ki, mən davamlı olaraq Kəpənəkçi ilə bağlı tarixi faktları, Gürcüstan, Rusiya və Osmanlı arxivlərində qeydə alınan məlumatları paylaşsam da ziyalılarımızın əksəriyyəti üçün bu məlumatların hələ də əl çatan olmadığını görürəm.
Görüşlərin birində ağsaqqallarımızdan biri məkirli şəkildə bizə sırınmış dildən-dilə olan bir sıra saxta məlumatı, heç bir tarixi fakta əsaslanmayan informasiyanı bəh-bəhlə ətrafındakılarla paylaşırdı. O, qeyd edirdi ki, bəs deməzsənmi Bolus-Kəpənəkçi camaatı Qarabağdan gəlmədir. Hələ üstəlik Kəpənəkçi adının da heyanlara düşən kəpənək xəstəliyini müalicə edən anlamında işləndiyini də xüsusilə vurğulayırdı. Ancaq bir ziyalı tarixi faktlara istinad etməli, bilərəkdən ortaya atılmış əsassız məlumatları yaymaqdan çəkinməlidir.
Kəpənəkçi kəndinin аdının mənşəyi hаqqındа araşdırma apararkən bəzi mənbələrdə Kəpənəkçi sözünün mənşəyi “аksiоmlаşmış” hеsаb еdilən Kəpənək (yаpıncı) “çi” pеşə bildirən şəkilçi vаsitəsi ilə düzələn “yаpıncı tikən” mənаsı bildirir. Bu əsla doğru deyil, bu tamamilə yanlış fikirdir. Doğru olan odur ki, “kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir.
Babalarımız deyirdilər ki, bizim camaatın bir hissəsi vaxtilə Qarabağa və bəzi vaxtlarda əksinə, Qarabağdan bizim kəndə köçüblər. Bu da onu göstərir ki, Qarabağ və Gürcüstan türklərinin yaşadığı ərazilər arasında daim bir bağ olub. Hər iki bölgənin də qədim insan məskənləri olduğu tarixi faktlarda öz əksini tapır.
1593-cü ilə bağlı bir Osmanlı qaynağında Qarabağın 25 mahalından biri olan "Otuziki" tayfasının adı çəkilir və qolları açıqlanır. Həmin qaynaqda Otuzikilərin yеrləşdiyi yerlər arasında 13-cü qol olaraq Kəpənəkçi oymağının da Gəncə qəzası, Yavlaq nahiyəsində yerləşdiyi qeyd edilir.
Bu faktlardan birinə də diqqqət edək. Səfəvi hökmdarı Birnci Şah Abbasın (1587-1623) zamanında Gürcütana qızılbaşların köçürülməsi ilə yanaşı əks proses də getmişdir. Belə ki, Qarapapaqların Osmanlıya rəğbəti Şah Abbası narahat etdiyindən o “sərhəddə etibarsız” sayılan Borçalı-Qazax mahalınn bir çox qarapapaq kəndlərini Gəncə, Qarabağ və Şirvan əyalətlərinə köçürmüşdür. Ehtimal olunur ki, Qarabağa Kəpənəkçi tayfasının köçürülməsi 1587-1593-cü illər arasına təsadüf edir.
Bir daha bildirmək istəyirəm ki, Gürcüstanın tarixçiləri Bolnisin tarixiylə bağlı yazarkən də bu rayonun əsas çayının VI əsrin ortalarından Kəpənəkçi adlandığını xüsusi olaraq qeyd edirlər (L.Musxelişvili, Bolnisi (отделный вырезок), Вестник Грузиниский филиал АН СССР т. III, 1938, səhifə 377). Bu da şübhəsiz ki, Kəpənəkçi tayfasının həmin çayın vadisində VI əsrdən əvvəl, yəni IV - V əsrdən məskunlaşmasını söyləməyə əsas verir. Kəpənəkçi tayfası ən geci isə VI əsrin əvvəllərindən bu ərazilərdə məskunlaşmamış olsa idi o zaman bu tayfanın adı ilə bağlı olan Bolus-Kəpənəkçi çayının adı da VI əsrdən mənbələrdə qeyd olunmazdı. Bir məlumatı da diqqətinizə çatdırmaq istəyirəm ki, 1975-ci ildə Bolus-Kəpənəkçi kəndindən Məhər Əmrah oğlu 459–484-cü illərin Sasanlı pullarını tapıb Gürcüstan Dövlət Muzeyinə vermişdir.
Məlumatımız olmalıdır ki, tarixi Kəpənəkçi adı heç də 1992-1993-cü illərdə dəyişməyb. Bu proses 1947-ci idə başlanan türk toponimlərinin dəyişdirilməsinin davamı olub. Yəni Başkeçid, Borçalı (Sarvan) rayonlarının adlarıın dəyişdirlməsindən 2 il sonraya təsdüf edir. Bolus-Kəpənəkçi toponimi 1949-cu ildə dəyişdirilərək Kvemo Bolnisi (Aşağı Bolnis) adlandırılmışdır.
Salnamələrdən birində qeyd edilir ki, IV yüzildə Qara Hunlardan Quşan soylu Çənəllər, o sıradan onların bir qolu Boluslar Daryal səddiylə gəlib Kür qırağında, Orbet (Qartallı) qalası ətrafında məskunlaşmışdılar.
Göktürklər dövrü ilə bağlı olaraq Çin mənbələrində belə yazılır: "Bunlar daha öncələri özlərinə Hun deyirdilər, indi isə Türk deyirlər!" Bu mənbə Hunların Türklərin babaları olduğunu sübut edən bir sənəddir. Bu adı daşıdığımız və Türk olduğumuz üçün hər zaman qürur duymalı və öyünməliyik.
Çalışaq ki, tarixi faktlara istinad edərək gələcək nəsillərə doğru olan, təhrif olunmamış məlumatları ötürək.

Namiq Veysəl

Oxşar xəbərlər
SON XƏBƏRLƏR