dini radikalizm və ekstremizmlə mübarizə

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri rayon ərazisində yaşayan şəhid ailəsi və qaziləri ziyarət etmişlər.


Djb.az xəbər verir ki, tu gün YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatının nümayəndələri Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsində yaşayan Vətən Müharibəsi şəhidi, Xüsusi təyinatlı dəstənin kapitanı olmuş İsmayılov Elçin Mübariz oğlunun və Əmircan qəsəbəsi sakinləri, Vətən Müharibəsi qaziləri Hüseynov Ülvi Məsum oğlu və Əhmədov Mirrəhim Mirzə oğlunun ailələrini ziyarət etmiş, ailələrə sovqat aparmış və onların qayğıları ilə maraqlanmışlar.
Vətən Müharibəsi şəhidi, Xüsusi təyinatlı dəstənin kapitanı olmuş İsmayılov Elçin Mübariz oğlunun ailəsini ziyarət zamanı şəhidin təsviri toxunmuş xalça ailəsinə təqdim edilmişdir. YAP Suraxanı rayon təşkilatı tərəfindən təhvil verilmişdir. Səmimi keçən görüş zamanı YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulamışdır ki, qəhrəman şəhidlərimiz bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etmişlər. Məhz bu səbəbdən də hər birimizin borcudur ki, şəhidlərimizin əmanətlərinə ləyaqətlə sahib çıxaq.
Vətən Müharibəsi qaziləri Hüseynov Ülvi Məsum oğlu və Əhmədov Mirrəhim Mirzə oğlunun səhhətləri ilə yaxından maraqlanan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov hər iki qazimizin müalicə prosesinin təşkilat tərəfindən izlənilməsi haqqında ciddi tapşırıqlar vermişdir.
Sonda həm Vətən Müharibəsi şəhidi İsmayılov Elçin Mübariz oğlunun həyat yoldaşı, həm də Vətən Müharibəsi qaziləri Hüseynov Ülvi Məsum oğlu və Əhmədov Mirrəhim Mirzə oğlunun ailələri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirmişlər.


Oxunub: 565
Oxşar xəbərlər
SON XƏBƏRLƏR