dini radikalizm və ekstremizmlə mübarizə

HƏYAT YOLDAŞI İLƏ EYNİ GÜNDƏ ANADAN OLAN ŞƏHİDİMİZ


Bu gün Vətən müharibəsi şəhidi Cəfərov Tehran Nadir oğlunun doğum günüdür. Həyat yoldaşı Gültəkin xanımla eyni gündə doğulanTehran 8 il ad günlərini birgə keçiriblər.

"Biləsuvar xəbərləri" məlumat verir ki, cənnətdə 29 yaşını qeyd edən şəhidimizin Biləsuvarın Günəşli kəndindəki ata ocağı çoxsaylı insanlar tərəfindən ziyarət olunur. Bu il Tehranın ad gününə hazırlanan tortu şəhidimizin yadigarları: 8 yaşlı Nahidə, 6 yaşlı Nadir, 5 yaşlı Senur kəsiblər.

Qeyd edək ki, Vətən muharibəsi şəhidi Müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) T.Cəfərov Füzuli istiqamətində həmlə taborunda tağım komandirinin müavini kimi qəhrəmanlıqla döyüşüb. Sonuncu döyüşü Ağdərə istiqamətində olub. Meşəlik ərazidə silahdaşlarının həyatına təhlükə yaratmaqda olan düşmən tankını partladaraq, özü də aldığı qəlpə yaralarından şəhid olub.

Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tehran Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Allah rəhmət eləsin!


Surxay ŞAHBAZOV
Region-press qəzetinin baş redaktoru




Oxunub: 1 314
Oxşar xəbərlər
SON XƏBƏRLƏR