Biləsuvar rayonunda “Sabahın tələbələri” adlı layihənin yekun görüşü keçirilib. Yekun görüş pandemiya ilə bağlı mövcud şərait nəzərə alınaraq onlayn şəkildə həyata keçirilib.
Mərasimdə layihə rəhbəri Babək Rəcəbli, Lənkəran Dövlət Universitetinin elmi katibi Ramiz Şəmmədov, Sosial Aqrar-Texnoloji kollecin şöbə müdiri Dəyanət Əsgərov. Digər rayonlardan orta məktəb müəllimləri və Biləsuvar rayonundan orta məktəb direktorları iştirak edib.
Layihə rəhbəri Babək Rəcəblinin verdiyi məlumata görə, layihənin əsas məqsədi Biləsuvar rayon Təhsil Şöbəsi və Ali təhsil Müəssisələri və orta ixtisas təhsili müəssisələri ilə birgə əməkdaşlıqların qurulması , komanda yaradaraq gələcək fəaliyyətdə operativliyin onlayn təşkili. Eyni zamanda şagirdlərlə görüşlərin onlayn təşkili layihənin mahiyyəti haqqında onları məlumatlandırmaq, istedadlı şagirdlərin müəyyən olunaraq layihəyə könüllü olaraq cəlb olunması (onlayn şəkildə), məktəblilərin ali təhsil müəssisələri ilə əyani şəkildə tanışlığının təşkili və məktəblilərin orta ixtisas təhsili müəssisələri ilə əyani şəkildə tanışlığının təşkildir.
Həmçinin orta ümumtəhsil müəssisələrindən şagirdlərin ali təhsil müəssisələri və orta ixtisas təhsili müəssisələri ilə əyani tanışlığının təşkil olunması şagirdlərdə nəticələr əldə etməkdə motivasiya yaradacaqdır.
Layihənin təlimçisi Bəhruz Nəbili, eksperti isə Hüseyn Hüseynovdur.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə oktyabrın 15-dən martın 15-dək davam edəcək.
Tural Nəsirli
Oxunub: 1 051