Djb.az xəbər verir ki, 10.03.2021- ci il tarixində Milli Məclisdə Olimpiya oyunlarının mükafatçıları, dünya və Avropa çempionatlarının qalibləri Rövşən Bayramov, Hacı Əliyev, Həsən Əliyev, Cəbrayıl Həsənov, Əlisa Abbasov, həmçinin bir qrup fəal gənclərlə növbəti dəfə görüş keçirib. İdmançıların qarşıdakı olimpiadaya hazırlıq vəziyyəti, habelə gənclərimizi narahat edən məsələlərlə əlaqədar faydalı müzakirə aparıldıqdan sonra, görüşün sonunda ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılara, habelə Vətən müharibəsi zamanı fəallıq göstərən gənclərimizə Milli Məclisin Gənclər və İdman Komitəsinin “Fəxri Fərmanı” təqdim edilmişdir.
Oxunub: 547