Türkiyədə Bitlisdəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.
Djb.az Apa-ya istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan hərbçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 11-ə yüksəlib.
Oxunub: 462