dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycana uca dağlar əzəməti bəxş edən Ali Baş Komandan!


Vətən müharibəsində əldə olunan qələbə Ali baş komandanımız cənab İlham Əliyevin gərgin əməyinin, qətiyyətinin, müdrik siyasətinin və yenilməz ordumuzun gücünün nəticəsidir.Bu qələbə Azərbaycan xalqını sevindirməklə yanaşı şəhidlərimizin və əcdadlarımızın ruhunu şad etdi, torpaq həsrəti ilə yaşayan xalqımızı vüsala çatdırdı.
Azərbaycanın yenilməz ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində qəhrəmanlıq göstərərək, Azərbaycanın dilbər guşəsi olan Qarabağı erməni işğalçılarından azad etdi.
Tarixə düşən misilsiz hünər vətənimizin parçası Qarabağın azadlığı və səadəti naminə atılan addımların nəticəsində mümkün oldu, dinc gələcək naminə bölgədə Azərbaycan bayrağı dalğalandı.
Ali Baş Komandanın bu addımı xalqın ona olan inam və etimadını bir daha doğrultdu.
Buna görə xalqımız bir ömür boyu cənab prezidentə və onun dünyanın ən güclü ordusuna çevirdiyi silahlı qüvvələrimizə minnətdar olacaq.

Rəşad Əliyev
Biləsuvar rayon Çaylı kənd tam orta məktəbin direktoru

Oxunub: 501
Oxşar xəbərlər
SON XƏBƏRLƏR