dini radikalizm və ekstremizmlə mübarizə

Qardaşlığımız sarsılmazdır!


Türkiyə və Azərbaycan dövlətləri arasındaolan tarixi dostluq, yüksək səviyyəli əməkdaşlıq illər keçdikcə möhkəmlənir və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fikrini hər an sübut edir.Burada hər iki dövlətin başçılarının əməyi və siyasi bacarığı da böyük rol oynayır. Ölkəmiz arasında olan  əlaqələrin bu şəkildə inkişafı təkcə dövlətlərin yox, eyni zamanda regionunda ümumi tərəqqisinə, sabitliyin qorunmasına təsir edir.
    2020-ci il   27   sentyabr tarixindən-II Qarabağ  müharibəsi başladığı gündən etibarən də,Türkiyə dövlət  və millət olaraq daima Azərbaycan xalqının  yanında olmuşdur. Bu haqq savaşında ən böyük  dəstəkçimiz olmuşdur. Müharibə dövründə ilk günlərdən Türkiyə Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır.
   44 gün davam edən müharibədə də, bunu dönə-dönə sübut etdi. Bu addım eyni zamanda  bir çoxları üçün mesaj oldu. Mesaj oldu ki, qarışmayın, müdaxilə etməyin. Türkiyənin Müdafiə Nazirinin,Xarici İşlər Nazirinin və başqa  yüksək vəzifəli rəsmilərin  Azərbaycana dəstək verməsi çox böyük siyasi  və mənəvi dəstək oldu.
    Türkiyə bugün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən   bölgəmizdə çox müsbət rol oynayır və bu amil də bölgənin sabitliyi üçün çox önəmlidir. Türkiyə Müdafiə Nazirliyindən  100-dən çox mütəxəsis Azərbaycana ezam  edilib və ordumuzun inkişafına öz tövhələrini verməkdə davam edirlər.
     Türkiyə ilə maddi-texniki  əməkdaşlığımız da davam edir. Müasir texnikaların alınıb gətirilməsi düşməndən azad edilmiş Qarabağ ərazisində mina təmizləmə işini daha da asanlaşdıracaq. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı iki qardaş dövlət arasında heç bir fikir ayrılığı yoxdur.
     Ümumiyyətlə postmüharibə dövrü doğurdanda yeni imkanlar açır. Əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır.
     Azərbaycan üçün streteji   önəm daşıyan Fizuli-Şuşa avtomobil  yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl-bölgəsindən Kəlbəcərə çəkilən  yolda da türk şirkətləri fəaliyyət göstərirlər.
      Müharibə dövründə bütün dünya  Türkiyə müdafiə sənayesinin kefiyyətini gördü. Bu artıq sirr deyil ki, Türkiyə istehsalı olan müdafiə sistemlərindən  Azərbaycan məharətlə istifade edib və bununla müharibədə çox böyük üstünlük qazanmışdır.
      Biz bir xalq, millət olaraq Türkiyə  dövlətinə göstərdiyi  bütün dəstəyə  görə bir daha təşəkkürümüzü bildiririk. Azərbaycan  Respublikasının prezidenti Cənab İlham Əliyev qeyd etdiyi kimi - Bizi birləşdirən həm  tarixi köklər, həm mədəni əlaqələr, həm keçmişimiz, həm də bu günümüzdür!
Var olsun Azərbaycan və  Türkiyə qardaşlığı!             


Aqşin Əkbərov.
Biləsuvar rayon Xırmandalı kənd 1 saylı tam orta məktəbin direktoru.

Oxunub: 755
Oxşar xəbərlər
SON XƏBƏRLƏR